Previous Next
Bağla

Baş nazir beynəlxalq rəqəmsal forumda iştirak edib

31-01-2025 13:35
Baş nazir beynəlxalq rəqəmsal forumda iştirak edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almatıya işgüzar səfəri çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda iştirak edib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən Ə.Əsədov rəqəmsal inkişaf və innovasiya məsələlərinin müzakirəsi, rəqəmsal transformasiya çağırışlarına birgə cavab axtarışı üçün səmərəli platforma təklif edən forumun əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan dövlət strategiyasının ən mühüm elementi kimi rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.

Bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.

Ə.Əsədov deyib: “Rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir. Hazırda biz Azərbaycanın Süni İntellekt Strategiyasını hazırlayırıq. Süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsildir”.

Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanda müasir, çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilir. “Xüsusilə də bir sıra sənədlərin rəqəmsal formatda istifadəsi üçün hüquqi baza yaradılıb. Bu, vətəndaşlarla dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti sadələşdirir, rahat və əlçatan rəqəmsal ekosistemin yaradılmasına töhfə verir”, - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastrukturun yaradılmasının zəruriliyini vurğulayan Ə.Əsədov, yüksəksürətli internetə çıxışı bu infrastrukturun əsas elementlərdən biri kimi dəyərləndirib. Baş nazir bildirib: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99 faizindən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub”.

Qeyd olunub ki, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tamamilə rəqəmsallaşdıran “Rəqəmsal körpü” milli məlumat mübadiləsi sistemi də tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün “Hökumət buludu” layihəsinə start verilib. “Bütün bunlar “elektron hökumət”in inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün zəruri olan davamlı, müasir və təhlükəsiz rəqəmsal infrastrukturun yaradılması istiqamətində həyata keçirilən layihələrin, sadəcə, kiçik bir hissəsidir”, - deyə Baş nazir əlavə edib.

Rəqəmsal transformasiyanın təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsət olduğunu bildirən Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Baş nazir: Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir

Baş nazir: Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir

31-01-2025
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2025
Əli Əsədov: Azərbaycan rəqəmsal texnologiyaları fəal tətbiq edir

Əli Əsədov: Azərbaycan rəqəmsal texnologiyaları fəal tətbiq edir

29-09-2025
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

18-06-2026
Nazir müavini: WTDC25 rəqəmsal inklüzivliyə töhfə verəcək

Nazir müavini: WTDC25 rəqəmsal inklüzivliyə töhfə verəcək

17-11-2025
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
Samir Şərifov: "Rəqəmsal transformasiya Azərbaycan üçün prioritetdir"

Samir Şərifov: "Rəqəmsal transformasiya Azərbaycan üçün prioritetdir"

22-09-2025
Nazir müavini: Açıq məlumat platforması hökumət məlumatlarına çıxışı daha da genişləndirəcək

Nazir müavini: Açıq məlumat platforması hökumət məlumatlarına çıxışı daha da genişləndirəcək

10-10-2024
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

Nazir Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib

26-09-2022
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
“WTDC-25” çərçivəsində Azərbaycanın nailiyyətlərindən danışılıb

“WTDC-25” çərçivəsində Azərbaycanın nailiyyətlərindən danışılıb

19-11-2025
DOST Mərkəzinin əməkdaşı “Digital Almaty 2025” Forumunda iştirak edib

DOST Mərkəzinin əməkdaşı “Digital Almaty 2025” Forumunda iştirak edib

03-02-2025
Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

13-02-2022
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilir

11-02-2026
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

10-06-2026
Nazir: Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq

Nazir: Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq

17-05-2021
Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Şahin Babayev: Yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb

Şahin Babayev: Yüksəksürətli internetlə təmin olunmuş təsərrüfatların sayı 3 milyona çatıb

10-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə