“.az” domen zonasında 17705 domen adı qeydiyyatdan keçib

01-03-2013 / 11:20
Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.
“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, 1 mart vəziyyətinə əsasən, “.az” domen zonasında artıq 17705 domen adı qeydiyyatdan keçib.
Domenlərin böyük əksəriyyəti “.az” (15902) domeninin payına düşür. Həmçinin 686 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.
İlin əvvəlindən ləğv olunan domenlərin sayı 298, qeydiyyata düşən domenlərin sayı isə 1060 təşkil edir.
Internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə