Previous Next
Bağla

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016 10:20
20 Yanvar faciəsindən 26 il ötür

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 26 il ötür.

Xeberler.az xatırladır ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.

Milli Məclis1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.

1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.

Bu gün Azərbaycan Prezidenti İlham  Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Dövlət və hökumət rəsmiləri, Azərbaycandakı dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

20-01-2019

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20-01-2018

20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

20-01-2023

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022

20 Yanvar faciəsindən 27 il ötür

20-01-2017

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

17-01-2025

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

19-01-2024

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

12-12-2020

Heydər Əliyevin anım günüdür

12-12-2018

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

10-05-2019

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2022

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10-05-2026

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə