Previous Next
Bağla

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024 09:02
17 noyabr Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Xeberler.az məlumat verir ki, Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2022

Azərbaycan dövlət müstəqilliyinin bərpası günüdür

18-10-2024

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günüdür

15-06-2020

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

18-10-2023

15 İyun - Milli Qurtuluş Günüdür

15-06-2025

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

17-11-2025

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016

28 May müstəqillik günüdür

28-05-2025

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2024

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2015

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

15-06-2023

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

12-12-2022

Heydər Əliyevin anım günüdür

12-12-2018

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

12-12-2020

12 Noyabr - Konstitusiya Günüdür

12-11-2025

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə