Previous Next
Bağla

20 Yanvar faciəsindən 27 il ötür

20-01-2017 09:43
20 Yanvar faciəsindən 27 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 27 il keçir.

Xeberler.az-ın məlumatına görə, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Bu gün Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından  Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edir.

Qeyd edək ki, Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək.

Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar aciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
20 Yanvar faciəsindən 31 il ötür

20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

20-01-2018
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018
20 Yanvarla bağlı  RYTN-in Tədbirlər Planı təsdiqlənib

20 Yanvarla bağlı RYTN-in Tədbirlər Planı təsdiqlənib

06-01-2015
20 Yanvar faciəsindən 26 il ötür

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

19-01-2024
Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20-01-2025
RİNN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

RİNN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20-01-2026
Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024
"Qanlı Yanvar" faciəsindən 36 il ötür

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026
Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026
20 Yanvar Ümumxalq Hüzn Günüdür

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025
Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

20-01-2025
Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu

06-12-2015
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

20-01-2023
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

27-09-2022
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

20-01-2019
ASAN xidmət mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

ASAN xidmət mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

21-01-2019
RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021
İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

17-01-2025
RİNN-in kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

RİNN-in kollektivi Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

06-12-2024
AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

AYNA tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

17-05-2024
Avtomobilləri müəyyən edəcək sistem yaradılır

Avtomobilləri müəyyən edəcək sistem yaradılır

21-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə