Previous Next
Bağla

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022 10:33
Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

Qanlı Yanvar hadisələrindən 32 il ötür.

Xeberler.az bildirir ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

20-01-2023
Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

Qanlı 20 Yanvar faciəsindən 34 il ötür

20-01-2024
20 Yanvar Ümumxalq Hüzn Günüdür

20 Yanvar Ümumxalq Hüzn Günüdür

20-01-2025
"Qanlı Yanvar" faciəsindən 36 il ötür

"Qanlı Yanvar" faciəsindən 36 il ötür

20-01-2026
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

20-01-2019
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018
20 Yanvar faciəsindən 26 il ötür

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016
20 Yanvar faciəsindən 31 il ötür

20 Yanvar faciəsindən 31 il ötür

20-01-2021
Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

12-12-2024
20 Yanvar faciəsindən 27 il ötür

20 Yanvar faciəsindən 27 il ötür

20-01-2017
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

17-11-2025
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2022
Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilir

12-12-2020
Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

12-12-2018
17 noyabr Milli Dirçəliş Günüdür

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

10-05-2019
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10-05-2026
İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

İİTKM-də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

17-01-2025
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023
Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 95 il ötür

10-05-2018
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

10-05-2016
 “20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı disk hazırlanıb

“20 Yanvar. Əsrin dörddə biri keçdi...” adlı disk hazırlanıb

20-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə