Previous Next
Bağla

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026 10:19
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Şəhərlər üçün süni intellekt: şəhər planlaşdırılması və ağıllı, dayanıqlı icmaların qurulması” adlı iclasında çıxış edib.

Xeberler.az məlumat verir ki, nazir müavinin sözlərinə görə, Azərbaycan daha “ağıllı”, təhlükəsiz, dayanıqlı şəhər və icmaların formalaşdırılması məqsədilə süni intellekt texnologiyalarını şəhər və regional inkişaf sistemlərinə inteqrasiya edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin milli rəqəmsal transformasiya gündəliyinin əsas prioritetlərindən biridir.

Samir Məmmədov çıxışında Azərbaycanın regional süni intellekt (Sİ) və data mərkəzi qovşağı kimi mövqeyini möhkəmləndirməsi istiqamətində görülən işlərdən də bəhs edib və bildirib ki, ölkənin enerji potensialı, fiber-optik şəbəkə ilə tam əhatə olunması, strateji coğrafi mövqeyi bu sahədə böyük imkanlar yaradır.

Nazir müavini şəhər mobilliyi və nəqliyyat sahəsində planlaşdırılan Sİ tətbiqlərinə də toxunub. Qeyd olunub ki, AYNA-nın “rəqəmsal əkiz” imkanları vasitəsilə şəhər mobilliyinin simulyasiya olunması, ADY-də texniki xidmət və daha “ağıllı” yük planlaması, Bakı Metropolitenində sərnişin axınının təhlili, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu təşəbbüslər vahid Sİ ekosistemi yanaşmasının tərkib hissəsidir.

“Məqsədimiz şəhərlərimizi daha ağıllı, dayanıqlı, vətəndaşyönümlü idarəetmə modelinə çevirməkdir”, – deyə Samir Məmmədov iclasda vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan süni intellektə əsaslanan həlləri tətbiq etməyi hədəfləyir

Azərbaycan süni intellektə əsaslanan həlləri tətbiq etməyi hədəfləyir

19-05-2026
Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

03-06-2025
WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

WUF13 çərçivəsində “4SİM Talks” tədbiri keçirilib

14-05-2026
WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026
“Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib

“Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib

18-11-2025
İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

18-06-2026
Yeni texnologiyalar sübutlara əsaslanan planlaşdırmanı dəstəkləyir

Yeni texnologiyalar sübutlara əsaslanan planlaşdırmanı dəstəkləyir

19-05-2026
Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

Rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur

22-05-2026
Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026
Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gün Azərbaycanda WUF13-ə start verilir

17-05-2026
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022
Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026
Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

23-10-2024
SİMA həlləri WUF13-də təqdim edilib

SİMA həlləri WUF13-də təqdim edilib

22-05-2026
XRİTDX kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

XRİTDX kibertəhlükəsizliyin dayanıqlı şəhərlərin inkişafındakı rolunu nümayiş etdirir

21-05-2026
“Aztelekom” rəqəmsal transformasiya təcrübəsini WUF13-də təqdim edib

“Aztelekom” rəqəmsal transformasiya təcrübəsini WUF13-də təqdim edib

25-05-2026
İspaniyalı startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

İspaniyalı startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var

20-05-2026
Samir Məmmədov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

Samir Məmmədov Rumıniya Prezidentinin müşaviri ilə görüşüb

19-06-2026
BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

18-06-2026
Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

Nazir müavini: Rəqəmsal transformasiya milli prioritetdir

01-09-2025
Sofiyada Bakının “Rəqəmsal əkiz"i layihəsi təqdim olunub

Sofiyada Bakının “Rəqəmsal əkiz"i layihəsi təqdim olunub

06-11-2025
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə