“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016 / 15:59

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə Bakutel-2016 beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Əşyaların interneti.Növbəti nəsil” mövzusunda konfransı keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə əşyaların internetinin yaxın gələcək üçün mühüm proses olduğunu deyib.

Onun sözlərinə görə, əşyaların interneti yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend və aparıcı sahələrindən birinə çevriləcək:

"“Bu istiqamətdə verilmiş məlumatlara əsaslansaq, 2020-ci ildə əşyaların interneti bazarının həcmi 2 dəfədən çox artacaq və bazarda payı 1.7 trillion dollara çatacaq. 2030-cu ildə isə bu məbləğ 14.2 trillion dollara çatacaq. Məlumata görə, 2020-ci ildə 50 milyarddan çox qurğu internetə qoşulacaq. Bu qurğuların yalnız 17 faizini bu gün istifadə etdiyimiz əşyalar təşkil edəcək. Simsiz texmologiyalar, maşınlar arası informasiya mübadiləsi əşyaların internetinin inşikafına təkan verəcək”.

Nazir müavini bu gün demək olar ki, bütün evlərdə telefon, iPad-lər olduğunu, artıq onlara ağıllı saatlar, ağıllı idman qurğuları da qoşulduğunu deyib:

"2020-ci ildə 4 nəfərdən ibarət ailədə 50-dən çox şəbəkəyə qoşulmuş əşya olacaq. Artıq bir çox ölkələrdə ağıllı evlər qurulur. Sənaye üçün əşyaların interneti geniş yayılıb və böyük perspektivi var. Əşyaların interneti səhiyyə ekologiya, ətraf mühit və digər sahələrdə böyük səmərə verəcəyi gözlənilir, həmçinin biznes üçün də geniş imkanlar açır. Təssdüfi deyil ki, əşyaların interneti dünyanın aparıcı şirkətlərinin maraq dairəsindədir.Bugünkü konfransda da bu sahədə ən qabaqcıl şirkətlərin nümayəndələri iştirak edir”.

E.Vəlizadə son illərdə əşyların internetinin hökümətlərin də maraq dairəsinbə daxil olduğunu vurğulayıb. O əşyaların internetinin təhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olduğunu bildirib:

“Hətta bununla bağlı strategiya, fəaliyyət planları da hazırlayanlar da var. Əşyaların interneti xidmətindən istifadənin genişlənməsi üçün telekommunikasiya xidməti, mövcud tezliklərin səmərəli istifadəsi məsələri xüsusi əhəmiyyət təşkil edir. Digər vacib məsələ ikt-nin inkişaf trendindən geri qalmamaqdır. Burada digər vacib məqam isə təhlükəsizliyin təmin edilməsidir. Bu hökümətləri, şirkətləri də ən çox narahat edən məsələdir. Əşyaların internetinin geniş yayıldığı bir vaxtda internetə qoşulan əşyaları da internet hücumu da gözləyir. Burada digər məsələ şəxsi məlumatların konfidensiallığıdır. Əşyaların iunternetindən istifadə edənlər üçün də bu son dərəcə vacib məsələdir. Bununla bağlı xüsusi stretegiyanın hazırlanmasını aktual edir”.

Tədbir çərçivəsində “İKT strategiyası və Əşyaların interneti”nə dair Planlar”, “Əşyaların interneti” Mühiti və Marketinq Təhlili”ilə bağlı yeni biznes imkanları mövzusunda müzakirələr keçirilib. Konfransda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlə bağlı müzakirələr təşkil edilib.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə