Previous Next
Bağla

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019 17:33
Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

“Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri “Əşyaların interneti” olacaq. Təsadüfü deyil ki, sərgi çərçivəsində təşkil olunacaq 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

Xeberler.az bildirir ki, sərgidə “İnternet of Things (İoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərəcək. Stenddə “Əşyaların interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdiriləcək. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar “İoT” məhsullar vardır.

Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim ediləcək. Layihələr sırasında “Air quality monitor”, “Smart Home”, “Ağıllı Suvarma Sistemi”, “Cleaner Drone”, “Parking Observer”, “Ağıllı Turniket”, “Fleet Management System İoT” həlləri və “İoT Maker” təlim proqramı kimi layihələr yer alıb.

Eyni zamanda stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış olmaq olar. “Smart Home” şirkəti “Ağıllı Bina və Ev” evlərin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemi, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “Agro-Monitor“ sistemini və “Beta Dynamics”
şirkəti “Beta Cloud – İoT” cihazların idarə edilməsi üçün bulud platformasını nümayiş etdirəcək.

Sərgidə iki universitet maraqlı layihələrlə çıxış edir. Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnstitutu İşıqforların idarə olunması ilə bağlı layihəni, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GardenX” adlı elektron və proqram təminatı həlləri ilə birləşdirilmiş “Ağıllı dibçək” layihəsini təqdim edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İOT Lab”-ın ali məktəb nümayəndələri üçün açılışı olub

28-06-2019

Bakutel 2019 25-ci Yubiley Sərgisi uğurla başa çatıb

09-12-2019

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020

Bütün cihazlar bir sistemdən idarə olunacaq

22-05-2015

“Azercell Biznes” İoT və M2M platformasını təqdim edir

11-02-2026

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Əşyaların interneti laboratoriyası yaradılıb

03-05-2019

Xəzər İnnovasiya Konfransı 2019 keçiriləcək

21-11-2019

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

Bakutel 2019 Sərgisi öz işinə başlayıb

03-12-2019

“Azercell” ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

26-07-2023

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015

Azercell Ən yaxşı stend dizaynına görə sertifikatla təltif edilib

09-12-2019

“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016

Sabah Bakıda “Əşyaların İnterneti” ilə bağlı konfrans keçiriləcək

28-11-2016

2-ci Xəzər İnnovasiya Konfransı öz işinə başlayıb

04-12-2019

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

“TEKNOFEST” çərçivəsində “Smart Qarabağ” Hakatonu keçiriləcək

01-02-2022

Bakutel 2009 yubiley sərgisində İKT bazarının bir sıra yenilikləri təqdim olunacaq

02-11-2009

Bakutel-də nələr olacaq?-Proqram

28-11-2016

Ölkəmiz İspaniya ilə ağıllı şəhər yaradacaq

07-12-2017

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə