Previous Next
Bağla

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017 12:15
Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

Əşyaların interneti cihazlarına zərərli proqramlar tərəfindən hücumların sayı 7 mini keçib və onların yarısından çoxu məhz 2017-ci ilin ilk altı ayında yaranıb.

Xeberler.az-ın məlumatına görə,  bu cür statistik göstəricilər Kaspersky Lab şirkətinin mütəxəssisləri tərəfindən hazırlanan məqalədə əksini tapıb.

Şirkətin analitikləri onu da qeyd edib ki, hazırda dünyada 6 milyarddan çox cihaz internetə qoşulub və insanlar ciddi təhlükələrə məruz qalır. Cinayətkarlar ağıllı cihazların sistemlərini qırmaqla istifadəçiləri izləyə bilir, onları şantaj edir və hər hansı bir cinayət törətmək üçün onların cihazlarından bir vasitə kimi yararlanır.

Kaspersky Lab şirkətinin mütəxəssisləri eksperiment aparıb və müxtəlif ağıllı cihazları təqlid edən tələ (hanipotlar) qurublar. Ekspertlər onlara ilk icazəsiz qoşulmanı artıq bir neçə saniyə ərzində aşkarlayıblar. Bir sutka ərzində artıq on minlərlə müraciət qeydə alınır.

Ekspertlərin hücumlarla bağlı nəzarət etdiyi cihazların 63%-dən çoxu İP kameralar olub. 16%-i isə müxtəlif şəbəkə cihazları və ruterlər olub. Daha 1% Wi-Fi retranslyatorlar, TV, İP telefon cihazları, Tor çıxış düyünləri, printerlər və “ağıllı ev” cihazlarının payına düşüb. Digər 20% cihazı isə birmənalı olaraq təyin etmək mümkün olmayıb.

Cihazların coğrafi yerləşməsinə gəldikdə, ekspertlərin hanipotlara edilən hücumlardan aşkar edilən İP ünvanlara əsasən, bu mənzərənin şahidi oluruq: ilk üç sıranı Çin (14%), Vyetnam (12%) və Rusiya (7%) tutub.

Bu cür hücumların sayının artmasının səbəbi sadədir: hazırkı dövrdə əşyaların interneti, demək olar ki, kiberhücumlardan müdafiə olunmur. Cihazların böyük əksəriyyəti Linux əməliyyat sistemi üzərində çalışır ki, bu da cinayətkarların işini asanlaşdırır: onlar böyük miqdarda cihaza təsir edə biləcək sadəcə bir zərərli proqram yarada bilərlər. Bundan başqa, əşyaların interneti cihazlarının böyük qismində müdafiə həlləri mövcud deyil, istehsalçılar isə nadir hallarda təhlükəsizlik yenilənmələrini edirlər.

“Ağıllı cihazların təhlükəsizliyi çox ciddi məsələdir, bu haqda hər kəs düşünməlidir. Ötən il onu göstərdi ki, bu, mümkün təhlükə deyil, real təhlükədir. Son zamanlar əşyaların interneti cihazları üçün hazırlanmış zərərli proqramların sayı sürətlə artıb, lakin bu, hələ də maksimum deyil. Daha bir yüksəliş nöqtəsi DdoS-hücumları bazarı ola bilər. Burada yüksək rəqabət cinayətkarları daha güclü hücumlar etməyə kömək edəcək yeni resurslar axtarışına çıxmağa məcbur edir. Mirai botneti göstərdi ki, bu cür resurslar rolunda artıq sayı milyardlarla olan ağıllı cihazlar çıxış edə bilərlər, 2020-ci ilə isə müxtəlif şirkətlərin analitikləri bu cihazların sayında 20 milyarddan 50 milyardadək artım proqnozlaşdırırlar”, - deyə Kaspersky Lab şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Vladimir Kuskov bildirib.

Əşyaların interneti cihazlarına edilən hücumlar, eyni zamanda, cihazlarınızı viruslardan qorumaq yolları barədə daha ətrafl burada.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

16-05-2019

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022

Microsoft kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib

03-05-2018

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

DİN: IoT cihazları cinayətlərin aşkar olunması 30-40 faiz artırır

09-10-2025

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

“Əşyalar interneti” platformaların sayı 450-yə çatıb

03-07-2017

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Məişət cihazlarına telefonla nəzarət ediləcək

02-09-2015

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Bu il ən çox hansı ölkələrə kiberhücum olub?

22-05-2017

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

“Əşyaların İnterneti” istehsalçıları proqram tərtibatçısı olmağa məcbur edir”

31-07-2015

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə