Previous Next
Bağla

Əşyaların interneti dövründə nə edəcəyik ?

15-03-2016 15:21
Əşyaların interneti dövründə  nə edəcəyik ?

2020 -ci ilə qədər dünyada 50.1 milyard əşya internetə bağlanacaq. Günlük istifadə etdiyiniz nə əşya varsa, hamısının internetə çıxış imkanları olacaq və internetdən idarə oluna biləcək.

Bəs Azərbaycan olaraq əşyaların interneti dövründə istehsalçı, yoxsa istehlakçı olacağıq?

Sənayeləşmə dövründə 4 pillə

Sənayeləşmə 1.0: Su və buxar gücünün köməyi ilə mexaniki sistemlərin istehsalda istifadəsi ilə başladı. İlk dəfə olaraq toxuma dəzgahlarının yerini avadanlıqlar aldı. Buna sənaye dövrüdə deyirlər. Proses Birləşmiş Krallıqda başladı, daha sonra Avropaya yayıldı.

Sənayeləşmə 2.0:  Artıq istehsalda elektrik enerjisindən istifadə başlandı. Məhz bu dövrdə ilk dəfə iş bölgüləri və sürətli emal prosesi başladı. Bu gün gördüyümüz ənənəvi emal prosesinin qanunları məhz bu dövrdə yazıldı. İlk dəfə qəssabxanalarda istifadə olunmağa başladı. Hər  gün istifadə  etdiyimiz “broyler” toyuqlarının başlarının avtomatik cihazlarla kəsilməsi prosesi ilk dəfə 1870-ci illərə təsadüf edir.

Sənayeləşmə 3.0:  Həyatımıza informasiya texnologiyaları daxil oldu. İlk ağıllı cihazların təməli burada atıldı. İstehsalı optimallaşdırmaq üçün  proqramlaşdırılmış məntiqi dövriyyələrdən (PLC) istifadə başlandı. Günümüzdə istifadə etdiyimiz tozsoran, ütü, qapı zəngi və sairə bu dövrün ilk məhsullardan sayılır.

Hazırda gəldiyimiz dövr sənayeləşmə 3.0-dan 4.0-a keçid dövrüdür. Ətrafımızda olan bütün əşyaların internetə çıxışı, 3D yazıcılar, Pilotsuz Uçan Aparatlar (PUA) məhz bu dövrdə bazarın yeni nəbzi olacaq. İstehlakçılar evlərindəki kombilərini, kameralarını, işıqları, avtomobillərini, ağlınıza nə gəlirsə,  qısaca hər şeyi öz smartfonlarından idarə edəcək. Sənayeləşmə 4.0 özü ilə bərabər yeni iş yerlərinin açılması, ekonomik böyümə, keyfiyyət, yeni istehlak və istehsal həcmi yaradacaq.

Azərbaycanda Sənayeləşmə 4.0

Bizim dövlətimiz çox gənc olduğu üçün sənaye dövrü 3.0-də istehsal proseslərində iştirakı çox az olub. Müstəqilliyimizi qazanandan sonra daha çox məhsulları başqa ölkələrdən idxalat edərək ancaq istehlakçısı olmuşuq. Bu da ölkəmizin tədiyyə balansının zəifləməsinə, devalvasiyaya  qədər gətirib çıxartdı.

Məsələni biraz araşdırmaq üçün axtarış etdim. Azərbaycanda rəsmi olaraq əşyaların interneti istehsalı prosesi ilə məşğul olan heç bir iş yeri yoxdur. Nə zavod, nə fabrik. Amma bəzi təşəbbüskar şirkətlər (Sumaks, Cyclee və s.) mövcuddur. Buda ən böyük ümid işığımızdır.

IDC-ə görə 2020-də əşyaların interneti illik 128 milyard dollarlıq iqtisadiyyat həcmi yaradacaq. Ümid edirəm ki,  sənayə 3.0-a əlimizdə olmayan səbəblərdən geridən gəlib çatmağa çalışdığımız kimi, sənaye 4.0 trendini əlimizdən qaçırtmarıq. Çox böyük pullarla xaricdən idxalat etdiyimiz məhsulların əvəzinə artıq özümüz istehsal etdiyimiz məhsullarımızı istifadə edib, xaricə ixracat edən bir ölkə olarıq!        

Nicat Manafov 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

“Əşyaların interneti”bazarının həcmi 8 trilyon dollara çatacaq

21-04-2015

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015

Gizli silah “Yaşıl əjdaha” və dron bazarı

11-04-2016

“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016

Microsoft Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb

31-03-2017

“Huawei” “Əşyaların internet” üçün əməliyyat sistemi yaradıb

22-05-2015

“Əşyaların interneti” “Bakutel-2014”-də müzakirə olunur

02-12-2014

“Əşyaların İnterneti” istehsalçıları proqram tərtibatçısı olmağa məcbur edir”

31-07-2015

Ağıllı cihazlar üçün zərərli proqram sayı 2 dəfə artıb

21-07-2017

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023

Əşyaların İnterneti üçün milli əməliyyat sistemi yaradılacaq

12-10-2017

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016

Əşyaların İnterneti və rəqəmsal dünya

10-04-2020

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017

Nokia “Əşyaların interneti”nə 350 milyon dollar yatırım edir

22-02-2016

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

Bluetooth texnologiyasının əhatə radiusu 4 dəfə artırılacaq

13-11-2015

Azərbaycanın mobil operatorlarının gələcəyi necə olacaq?

12-04-2016

5G sürətlə yayılacaq- 25 milyard obyekt bir-birilə danışacaq

27-02-2018

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023

Sənaye 4.0 şəraitində medianın inkişafı və üzləşdiyi çağırışlar

25-07-2019

“Əşyaların interneti”ni tətbiq etmək üçün komitə yaradılıb

15-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə