Previous Next
Bağla

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016 13:25
““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

""Əşyaların İnterneti” XXI əsrin ən mühüm çağırışlarındandır”.

Xeberler.az-ın məlumatına görə, bunu AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Əşyaların İnterneti”nə (Internet of Things – IoT) seminarında çıxışı zamanı deyib.

Alim rəhbərlik etdiyi elmi müəssisədə 2000-ci illərin əvvəllərindən başlayaraq müvafiq sahə üzrə prioritet elmi istiqamətlərdə araşdırmaların aparıldığını, dissertasiyaların müdafiə olunduğunu, müxtəlif kitabların, monoqrafiyaların, elmi məqalələrin çap olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, AMEA-da artıq xeyli müddətdir ki, seysmoloji, ekoloji, radioloji, meteoroloji, astronomik, tibbi tədqiqatların və monitorinqlərin aparılmasında “Əşyaların İnterneti”ndən istifadə olunur.

R.Əliquliyev deyib ki, “Əşyaların İnterneti” təkcə sənaye sektorunda deyil, cəmiyyətin bütün fəaliyyət sferalarında, o cümlədən sosial-iqtisadi sahələrdə inqilabi dəyişikliklərə səbəb olur, yeni dəyərlər, münasibətlər formalaşdırır.

“Müasir dövrdə “Əşyaların İnterneti” dünya elminə geniş imkanlar açmaqla yanaşı, müxtəlif istiqamətlərdə bir sıra problemlər də yaradır”, – deyə bildirən akademik bu sahədə əsas problemin virtual məkanın real məkanla inteqrasiyası olduğunu qeyd edib.

R.Əliquliyev “Əşyaların İnterneti”nin texnoloji, hüquqi, sosial-iqtisadi, ekoloji və s. kimi müxtəlif aspektlərinin müzakirəsi, eləcə də bu məsələlərə diqqətin cəlb edilməsi baxımından seminarın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Əşyaların interneti” bazarının illik həcmi açıqlanıb

06-06-2015

Nokia “Əşyaların interneti”nə 350 milyon dollar yatırım edir

22-02-2016

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

“Əşyaların interneti”bazarının həcmi 8 trilyon dollara çatacaq

21-04-2015

Əşyaların interneti üzrə tədbir təşkil edilib

30-03-2022

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

Sabah Bakıda “Əşyaların İnterneti” ilə bağlı konfrans keçiriləcək

28-11-2016

Bu cihazlara hücum etmək çox asandır

01-05-2018

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

Microsoft Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb

31-03-2017

Azərbaycan və Çin əməkdaşlığı müzakirə edilib

07-05-2025

“4 il sonra hər evdə 50-dən çox əşya internetə qoşulacaq”

29-11-2016

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

“Əşyaların İnterneti” istehsalçıları proqram tərtibatçısı olmağa məcbur edir”

31-07-2015

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

“Əşyaların interneti” “Bakutel-2014”-də müzakirə olunur

02-12-2014

“Əşyaların İnterneti” bazarında ən nüfuzlu şirkətlər hansılardır?

28-12-2015

Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

07-05-2026

Əşyaların İnterneti üçün milli əməliyyat sistemi yaradılacaq

12-10-2017

Bakutel-2019 sərgisində Əşyaların interneti həlləri təqdim olunacaq

02-12-2019

Əşyaların interneti təcrübə proqramının iştirakçılarına sertifikatlar təqdim olunub

07-02-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə