“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022 / 13:06

Mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdır.

Xeberler.az bildirir ki, işəbaxma zamanı MMC tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına təqdim edilib. “ABC-TELECOM” MMC-nin tələb olunan məlumatları tam həcmdə təqdim etməsi və bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürməsi nəzərə alınaraq işə xitam verilib.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.