Previous Next
Bağla

Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

22-02-2022 15:21
Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumistifadəli, telekommunikasiya şəbəkəsindən istifadə zamanı yaradılan maneələr barədə bir sıra özəl internet servis provayderlərinin müraciətləri ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

Xeberler.az bildirir ki, işə baxılması zamanı “Aztelekom” MMC tərəfindən telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkilinin, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bu sahədə narazılıqları aradan qaldıracağı bildirilib, xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacağına, onların telekommunikasiya şəbəkəsində iştirakı barədə müraciətlərinə ayrı-seçkilik qoyulmadan qanunvericiliyin tələbləri çərçivəsində baxılacağına zəmanət verilib.

Bununla yanaşı, Dövlət Xidmətinin qərarında “Aztelekom” MMC tərəfindən telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində rəqabət mühitinin yaradılması üçün bazar iştirakçılarının müraciətlərinə baxılmasının, habelə şəbəkəyə giriş, icarə üzrə aydın və bərabər şərtləri nəzərdə tutan ümumi qaydaların qəbul edilməsinin, icarə tariflərinin müəyyənləşdirilməsinin, sənədlərin rəsmi internet portalında yerləşdirilməsinin 30 aprel 2022-ci il tarixədək təmin edilməsinin zəruriliyi qeyd olunub.

Dövlət Xidmətində işə baxılma zamanı “Aztelekom” MMC-nin üzərinə götürdüyü öhdəliklər, o cümlədən qeyd edilən hallar və verdiyi zəmanət nəzərə alınaraq qaldırılmış iş üzrə icraata xitam verilib.

Qərarda həmçinin, telefon kommunikasiya xidmətlərinin göstərilməsi sahəsində bazar iştirakçılarının fəaliyyətinə gələcəkdə maneələrin yaradılacağı və “Aztelekom” MMC tərəfindən yuxarıda göstərilən öhdəliklərin yerinə yetirilmədiyi halda Dövlət Xidmətinin təbii inhisarlar haqqında qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi əks olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

Dövlət Xidməti "Aztelekom” və “Baktelecom"u cərimələyib

06-07-2023

"Aztelekom" və "Baktelecom" Dövlət Xidmətini məhkəməyə verəcək

07-07-2023

"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"

18-01-2024

İKTA və “Aztelekom” MMC arasında birgə işçi görüş olub

30-09-2023

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022

"İnternet provayderlərinin şikayətləri əsassızdır"

15-12-2022

Aztelekom MMC Azerfon-u məhkəməyə verib

18-09-2015

“Azərbaycan Dəmir Yolları” sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış

24-06-2022

Dövlət Xidmətinin internet saytında baxılacaq işlərə dair məlumatlar yerləşdirilib

22-02-2022

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

21-06-2022

Mobil telefon bazarında fəaliyyətdə olan bir neçə təsərrüfat subyekti barəsində qərarlar qəbul edilib

08-04-2022

Rəqəmsal transformasiya sahəsində idarəetmə təkmilləşdirilir

27-04-2021

MTK-larda ən azı 3 fərqli provayderin xidmət göstərməsi zəruridir

09-12-2025

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparır

07-04-2022

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

İstehlakçılar və sahibkarlıq subyektləri sabit telefon xidmətinə qoşulmaq üçün nə etməlidir?

04-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə