Previous Next
Bağla

Abdullah Gül «Twitter»ə üzv olub

18-05-2010 14:04
Abdullah Gül «Twitter»ə üzv olub

Müasir texnologiyaya marağı ilə tanınan Türkiyə prezidenti Abdullah Gül dünyanın ən böyük sosial xəbərləşmə saytı olan «Twitter»ə üzv olub.

Bu barədə xəbəri yayan «Axşam» qəzetinin məlumatına görə, prezident, üzv olduğu «Twitter» vasitəsi ilə proqramlarını və o an harada olduğunu saytın üzvlərinə bildirməklə qalmır, sayta girərək şərhlər də yazır. Məsələn, mayın 14-də Aydın vilayətində olan Abdullah Gül, oradakı proqramı ilə bağlı olaraq «Twitter»ə bunları yazıb:

«14 may həqiqi demokratiyaya keçməyimizin ildönümdür. Bu tarixdə Aydında olmağımız o baxımdan önəmlidir».

Bu sözlərlə prezident Gül, Türkiyədə 14 may 1950-ci ildə keçirilən seçkidə təkpartiyalı ıqtıdar dövrünün dəyişdiyinə işarə edib.

Türkiyə prezidentinin Twitter səhifəsi iki gündən bəri fəaliyyətdə olduğuna görə, hələlik, səhifənin çox ziyarətçisi yoxdur. Ancaq Abdullah Gülün CNN və BBC-nin «Twitter» səhifələrini yaxından təqib etdiyi bildirilir.

Abdullah Gül və Türkiyənin birinci xanımı Hayrünnisa Gül internetə yaxın maraqları ilə tanınırlar. Hayrünnisa Gül mobil telefonuna yüklədiyi kitabları oxuyur. Gül ailəsi İstanbulda yaşayan qızları və ABŞ-da yaşayan oğulları ilə 3G, MSN və Skype ilə əlaqə saxlayır.

Türkiyənin VIII prezidenti Özal ölkəyə bilgisayar texnologiyasını gətirən siyasətçi olaraq xatırlanır. Bilgisayara güclü marağı olan Özal kompyuter proqramçıları ilə rəqabəti sevərdi.

Özaldan sonra prezident Abdullah Gül, Türkiyənin bilgisayar sahəsindəki inkişafı məsələlərinə dəstək verir. Prezident Gül, Çankaya iqamətgahında «kağızsız yazışma mühiti»nə keçilməsi üçün təlimat verib.

mənbə Azadlıq.org

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident “Twitter” haqda nə dedi?

21-09-2010

Noutbuk və kompüterlər üçün ətirli USB

08-10-2008

Youtube yenə Türkiyəni təhqir etdi

03-11-2010

“Azercell”in və Türkiyənin prezidentləri bir arada

10-12-2010

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

08-04-2009

Teleradio İstehsalat Birliyi yeni tədbirlər həyata keçirir

22-05-2009

5 yaşlı Twitter

16-03-2011

"Twitter" haqqında 10 maraqlı fakt

11-05-2011

“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

12-04-2011

«Twitter»də son 2 ayda 30 milyon insan qeydiyyatdan keçib

03-11-2010

Teleradio tərəfindən bir sıra tədbirlər görülüb

25-11-2009

Twitter-dən yenilik!

10-11-2009

“Twitter” Trampın hesabını birdəfəlik bloklayıb

09-01-2021

Twitter-də 20 milyardıncı ismarıc yerləşdirilib

03-08-2010

«Facebook» və «Google» «Twitter»i 10 milyard dollara alacaq?

10-02-2011

Twitter-in beş yaşı tamam oldu

22-03-2011

Bakıda “Elektron gömrük xidmətləri: gələcəyə baxış” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilir

12-09-2011

“Tramp Twitter-də yazmağı dayandırsın”

25-10-2017

Dell Twitter-dən 3 milyon dollar qazanıb

16-06-2009

Bing-dən Twitter Dəstəyi

25-11-2009

Twitterə görə işdən qovuldu

09-07-2010

Instagram Twitter-i geridə qoydu

11-12-2014

Twitter-ə 4 dil variantı əlavə ediləcək

12-10-2009

Twitter-də 140 simvol məhdudiyyəti aradan qalxır

12-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə