Youtube yenə Türkiyəni təhqir etdi

03-11-2010 / 09:46

Bütün dünyada məşhur olan “YouTube” videoportalında Türkiyə hakimiyyətinin bu xidmətin ölkədəki fəaliyyətinə 30 aylıq qadağa qoymasına gətirib çıxaran videoçarxı yenidən yerləşdirilib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti ölkə vətəndaşlarından birinin məhkəməyə şikayət etməsindən sonra sözügedən sayta girişi məhdudlaşdırmışdı. Həmin şəxsin şikayətində “YouTube”da müasir Türkiyə dövlətinin banisi olan Mustafa Kamal Atatürk, prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və ordunun ünvanına təhqiredici kliplərin yerləşdirildiyi bildirilirdi. Türkiyədə M. K. Atatürkün şərəfi qanunla qorunur və onun ünvanına təhqir cinayət mahiyyəti daşıyır. Təxribat mahiyyətli videonun yenidən saytda yerləşdirilməsinə baxmayaraq, Türkiyədə “YouTube” bu gün səhərdən açılıb.

Qeyd edək ki, 2006-cı ilin oktyabr ayında videportalın yaradıcıları - Ç. Heerli və Stiv Çen \\\"YouTube\\\"u Google axtarış nəhənginə 1, 65 mlrd dollara satmışdılar. Hər gün bu portalda 2 mlrd videorolikə baxılır. Hazırda layihənin dəstəklənməsi işində 600 nəfər əməkdaş çalışır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə