ABŞ prezidenti və həyat yoldaşı ən “viruslu” tanınmışlar sırasında

31-08-2009 / 11:48

ABŞ-ın texniki təhlükəsizlik şirkəti “McAffee” internetdə bəzi tanınmış şəxslərlə bağlı axtarış aparılmasının kompüterlər üçün təhlükəli olduğunu bildirib.

Bu haqda Türkiyənin NTV telekanalı  “McAffee” texniki təhlükəsizlik şirkətinə istinadən məlumat yayıb. Məlumata görə, 27 yaşlı Jessica Biel bu baxımdan ən təhlükəlisidir. İnternetdə Jessica Bieli axtaran hər 5 nəfərdən 1-nin kompüterinə virus yoluxur.

Daha sonra siyahıda Jessica Bieli Beyonce, Jennifer Aniston, Tom Bray və Jessica Simpson-un adı hallanır.

ABŞ prezidenti və həyat yoldaşı isə ən “viruslu” tanınmışlar sırasında müvafiq olaraq 34 və 39-cu sırada yer alırlar.

Qeyd edək ki, 3 ildir ki, “McAffee” texniki təhlükəsizlik şirkəti belə hesabat yayır. Keçən ilin ən “viruslu” məşhuru isə Bred Pitt olmuşdu.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə