Previous Next
Bağla

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

21-04-2026 13:38
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Təhsil sistemində süni intellekt həllərinin tətbiqi davam etdirilir. Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb.

Xeberler.az Nazirliyə istinadən məlumat verir ki, “Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər “Google” platformasının geniş alətlər toplusuna, o cümlədən süni intellekt vasitəsilə həllərə ödənişsiz çıxış əldə edirlər. Yaradılmış imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini zənginləşdirməyə kömək göstərir.

İnteqrasiya olunan alətlər arasında xüsusi yer tutan “Gemini” və “NotebookLM” müəllimlər üçün praktik və gündəlik istifadə üçün imkanlar təqdim edir.

“Gemini” dərs planlarının hazırlanmasında, mövzuların izahında və qiymətləndirmə tapşırıqlarının yaradılmasında müəllimlərə dəstək olaraq dərsə hazırlıq prosesini sürətləndirir və məzmunun daha strukturlaşdırılmış şəkildə təqdim olunmasına kömək edir.

“NotebookLM” müəllimlərin öz materialları əsasında işləməsinə imkan verərək yüklənmiş sənədlər üzrə xülasələrin hazırlanması, əsas məqamların müəyyənləşdirilməsi və sualların yaradılması kimi funksiyalar vasitəsilə materiallarla işi daha effektiv edir.

Bununla yanaşı, müəllimlər üçün “Google Classroom”, “Docs”, “Slides”, “Sheets”, “Forms”, “Drive”, “Meet”, “Chat”, “Calendar” və “Keep” kimi digər “Google” alətləri təqdim olunur və bu alətlər dərs idarəetməsi, məzmunun hazırlanması, ünsiyyət və əməkdaşlıq proseslərini vahid rəqəmsal mühitdə daha səmərəli təşkil etməyə imkan verir.

Təqdim olunan alətlər dərs planlaşdırmasının daha çevik təşkilinə imkan yaradır, tədris materiallarının hazırlanması və paylaşılması prosesini sadələşdirir. Eyni zamanda, qiymətləndirmə daha sistemli şəkildə həyata keçirilir, fərdiləşdirilmiş yanaşmalar üçün imkanlar genişlənir və nəticədə müəllimlərin vaxtına əhəmiyyətli dərəcədə qənaət olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

09-04-2026

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026

Osman Gündüz: “Rəqəmsal məktəb” artıq AI platformasına çevrilir

21-05-2026

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026

Google g.ai domenini alıb

07-01-2026

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025

“Müəllim” mobil tətbiqi istifadəyə verilir

24-02-2026

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

“Virtual məktəb”də müəllimlər üçün onlayn təlimlərə qeydiyyat davam edir

21-11-2020

“Google Gemini” Azərbaycan dilində istifadəçilər üçün əlçatan olub

12-02-2026

“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Azərbaycanda müəllimlər onlayn təlim alacaq

30-08-2017

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Gemini Siri-yə inteqrasiya ediləcək

26-01-2026

Google süni intellekt məlumatlarını məhdudlaşdırır

08-05-2025

Google yeni süni intellekt modelini təqdim edib

26-03-2026

BMU-da infosessiya təşkil olunacaq

31-01-2025

“Virtual məktəb” layihəsi üzrə müəllimlərin qeydiyyatına start verilib

18-04-2020

Paytaxt məktəbində QR kitabxana yaradılıb

09-10-2025

40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

01-02-2022

"Google" yeni süni intellekt modelini təqdim edib

13-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə