Previous Next
Bağla

Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

20-04-2026 19:08
Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

20–24 aprel tarixlərində Estoniyanın e-İdarəetmə Akademiyasının (eGA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə dövlət qurumları, kritik infrastruktur subyektləri, aidiyyəti kibertəhlükəsizlik nümayəndələri, maliyyə və özəl təşkilatların iştirakı ilə ixtisaslaşmış təlimlərə start verilib.

Xeberler.az bildirir ki, təlimlər çərçivəsində maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavabvermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanması kimi mühüm mövzular əhatə olunur. Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarə olunmasına həsr olunan seminar zamanı kiber risklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.

Texniki təlimlərdə isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzuları əhatə olunub.

Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir. 

E-İdarəetmə Akademiyasının (eGA) layihə rəhbəri Elsa Neeme isə qeyd edib ki, güclü yerli tərəfdaşlarla əməkdaşlıq bu təşəbbüslərin real ehtiyaclara uyğun həyata keçirilməsini təmin edir və uzunmüddətli perspektivdə dayanıqlığın, əməkdaşlığın və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, təlimlər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Kiberdavamlılığın Təkmilləşdirilməsi 2.0” təşəbbüsü çərçivəsində maliyyələşdirilir və e-İdarəetmə Akademiyasının (eGA) yerli tərəfdaşlarla əməkdaşlığı ilə təşkil olunur.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Estoniya Azərbaycanda kiberdiplomatiyanın inkişafını dəstəkləyəcək

05-09-2025

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025

Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

05-09-2025

"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

29-01-2026

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024

"Rəqəmsal kriminalistikada mütəxəssis çatışmazlığı var"

13-04-2026

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025

“Women in Cyber” Beynəlxalq Konfransı keçirilir

11-10-2025

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

"Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

14-06-2023

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

AKTA və "Femmes Digitales" arasında Memorandum imzalanıb

11-10-2025

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025

Kiberməkanda saxta xəbərlərlə mübarizə üzrə təlimlərə start verilir

14-08-2023

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə