Previous Next
Bağla

Dövlət Xidməti beynəlxalq mükafatına layiq görülüb

20-04-2026 21:42
Dövlət Xidməti beynəlxalq mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Xeberler.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti "International Business Magazine" beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə "Mədəni irs üzrə ən yaxşı data innovasiyası" ("Best Cultural Heritage Data Innovation Azerbaijan") nominasiyasında qalib elan olunub.

"Mükafatın Mədəniyyət Nazirliyinin yaradılmasının növbəti ildönümündə (20 aprel 2018-ci il) əldə olunması bu uğura xüsusi rəmzi məna qazandırır və əlamətdar tarixə mühüm töhfədir. Adıçəkilən mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə təqdim olunur.

Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli şəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də xüsusi qeyd olunub. Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən qiymətdir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, "International Business Magazine" tərəfindən təşkil olunan müsabiqələrdə müxtəlif ölkələrdən dövlət qurumları, tədqiqat institutları və beynəlxalq təşkilatlar iştirak edir və fərqlənən qurumlar mükafatlandırılır.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

12-05-2026
“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

07-02-2022
İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025
İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026
İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025
Dövlət Əmək Müfəttişliyi Xidməti 3 mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti 3 mükafata layiq görülüb

21-04-2025
DSMF daha bir ali mükafata layiq görülüb

DSMF daha bir ali mükafata layiq görülüb

16-04-2025
DSMF “İlin Ən Yaxşı Pensiya Fondu” mükafatına layiq görülüb

DSMF “İlin Ən Yaxşı Pensiya Fondu” mükafatına layiq görülüb

05-02-2025
İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025
Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

Texnologiyaların idarə olunması ilə bağlı konfrans keçiriləcək

02-11-2015
“e-Culture” Rəqəmsal İnkişaf Strategiyası təsdiq edilib

“e-Culture” Rəqəmsal İnkişaf Strategiyası təsdiq edilib

22-12-2023
Nazirliyin proaktiv xidmətləri mükafata layiq görülüb

Nazirliyin proaktiv xidmətləri mükafata layiq görülüb

10-02-2025
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mükafata layiq görülüb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mükafata layiq görülüb

03-03-2025
İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq mükafata layiq görülüb

09-10-2024
DSMF “Global Brands Magazine” təşkilatının təşkil etdiyi müsabiqənin qalibi olub

DSMF “Global Brands Magazine” təşkilatının təşkil etdiyi müsabiqənin qalibi olub

16-10-2024
Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır

Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanır

05-08-2015
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

14-04-2026
Rəqəmsal irs problemləri araşdırılır

Rəqəmsal irs problemləri araşdırılır

02-03-2017
Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti dəfə mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti dəfə mükafata layiq görülüb

17-02-2025
Dövlət Əmək Müfəttişliyi Xidməti 2 mükafata layiq görülüb

Dövlət Əmək Müfəttişliyi Xidməti 2 mükafata layiq görülüb

04-12-2024
İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025
Yeni mədəni-maarif və informasiya saytı fəaliyyətə başlayır

Yeni mədəni-maarif və informasiya saytı fəaliyyətə başlayır

19-12-2008
ƏƏSMN beynəlxalq müsabiqədə mükafata layiq görülüb

ƏƏSMN beynəlxalq müsabiqədə mükafata layiq görülüb

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə