ABŞ video oyunlardan 30,4 milyard dollar qazanıb

21-01-2017 / 13:58

Entertainment Software Association (ESA) və NPD Group ABŞ-da kompüter və video oyun sənayesinin 2016-da 30 milyard dollardan çox gəlir əldə etdiyini açıqlayıb.

Xeberler.az bildirir ki, açıqlanan rəqəmlərə görə,  ABŞ-da 2015-ci ildə istehlakçı xərcləri 30,2 milyard dollar oldğu halda, bu il kiçik bir artımla 30,4 milyard dollar məbləğində xərcləmə əməliyyatı həyata keçirilib.

İnteraktiv əyləncə sahəsində müxtəlif xidmətlər təqdim edən ESA, bu sahəni yaxından təqib edən təşkilat və ESA-nın CEO-su Michael D. Gallagher 2016-cı ilin interaktiv əyləncə sənayesi üçün uğurlu keçdiyini deyib.

Paylaşılan rəqəmlərə görə, video oyun proqram gəlirləri 2015-ci ilə görə 6 faiz  artaraq 23,2 milyard dollardan 24,5 milyard dollara yüksəlib.

Qeyd edilib ki, Pokemon GO ən yüksək istehlakçı xərcləməsi ilə ilk olub.

Battlefield 1, Call of Duty: Infinite Warfare Madden NFL 17 də il boyu diqqət çəkən video oyunlar arasında olub.

Windows platforması isə ən müxtəlif , dinamik artım göstərən platforma olaraq 2016-cı ildə da rekord sayda oyunçu sayına çatıb.

NDP və ESA video oyun sənayesinin ölkənin ən sürətli böyüyən iqtisadi sektorlarından biri olduğunu vurğulayaraq bununla da 10 minlərlə amerikalının yüksək maaşlı işlə təmin edildiyini qeyd edib.

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.