İlin ilk rübünün maliyyə nəticələrini açıqlayan Apple iPhone satışlarında rekord qırıb.
Belə ki, ümumi olaraq 78.3 milyon iPhone satmağı bacaran Apple 2016-ci ilin eyni dövründə 51.6 milyard dollar olan iPhone gəlirlərini 54.4 milyard dollara qaldırmağı bacarıb.
Xeberler.az şirkətə istinadən məlumat verir ki, ümumi 17.8 milyard dollar mənfəət əldə edən Apple-ın 2017-ci ilin ilk rübündə gəliri isə 78.4 milyard dollar olub.
Qeyd edək ki, Apple iPhone mövzusunda həm gəlirlərini, həm də satışlarını 5 faiz artırmağı bacararaq rekord qırıb. Bununla da şirkət Wall Street analitiklərinin 76.3 milyonluq iPhone satış təxminini də geridə buraxmış oldu.
Açıqlamasında bu günə qədər ən çox iPhone satışı həyata keçirdiyini deyən Apple CEO-su Tim Cook iPhone, xidmətlər, Mac və Apple Watch gəlirlərində də rekord qırdıqlarını da əlavə edib.
Belə ki, iPhone satışları ciddi fazilə artım göstərsə də, iPad-ların satışında azalma müşahidə edilir. Şirkət ilin ilk rübündə 19 fazilik azalma ilə 3.1 milyon iPad sata bilib.
Apple iPad modellərindən 5.5 milyard dollar gəlir əldə edib. Qeyd edək ki, bu rəqəmi 2016-nın ilk rübü ilə müqayisədə 22 faiz azalıb.
2016-cı ilin sonlarına doğru təqdim edilən Macbook Pro modelləri sayəsində 1 faiz artım göstərən Mac satışları 5.4 milyona yüksəlib.
Beləliklə, gəlirləri 7 faiz artan Mac məhsulları ümumi olaraq Apple-a 7.2 milyard dollar qazandırıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri