ABŞ “Xiaomi”ni “qara siyahı”ya saldı

15-01-2021 / 16:16

ABŞ administrasiyası Çinin doqquz şirkətini, o cümlədən “Xiaomi” smartfonlarının istehsalçısını və “Comac” aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.

Xeberler.az bildirir ki, bu barədə sənədlərə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə