Previous Next
Bağla

ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

11-07-2019 11:25
ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huawei” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.

Xeberler.az Financial Times qəzetinə istinadla xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib. 

Lakin “Huawei” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq. İki həftə öncə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşündən sonra Vaşinqton və Pekinin atəşkəs imzaladığını bildirib. 

Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, “Huavei” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.

Amerikanın “Google” kompaniyası isə öz növbəsində “Huawei” kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra “Android” proqram təminatından və “Google” kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda “Intel”, “Broadcom” və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib.

“Huawei” ABŞ hakimiyyətinin fəaliyyətini təhlükəli presedent adlandırıb. Kompaniyanın hüquqi məsələlər üzrə baş mütəxəssisi Sun Lüpinin sözlərinə görə, ABŞ-ın bu məqsədlə bütün mümkün alətlərdən və dövlət gücündən istifadə etməsi bənzər hadisənin istənilən sahə və müəssisənin başına gələ biləcəyindən xəbər verir.

2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib, xalis qazancı isə 8 milyard dolları ötüb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Donald Trump milli təhlükəsizlikdən danışıb

25-07-2019

ABŞ Huawei-nin 5G şəbəkəsinə alternativ yaradacaq

04-09-2019

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019

Tramp lisenziyanın müddətini uzatmayacaq

19-08-2019

Huawei 5G-ə giriş üçün lisenziya alıb

29-07-2019

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

23-05-2019

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019

Huawei il ərzində 100 milyon smartfon satıb

24-12-2015

ABŞ “Xiaomi”ni “qara siyahı”ya saldı

15-01-2021

ABŞ “TikTok”u qadağan edir

19-09-2020

ABŞ “Intel”in 11 milyard dollarlıq səhmlərini pulsuz alıb

23-08-2025

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

Tramp “TikTok”un satışına dair sərəncam imzalayıb

26-09-2025

Azərbaycanda Huawei kəskin ucuzlaşa bilər?

29-05-2019

Ağ ev USAID proqramlarının 83 faizini dayandırıb

10-03-2025

Tramp "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bildirib

06-09-2025

ABŞ-da “TikTok”un bloklanması 75 günlük təxirə salınıb

21-01-2025

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000

Tramp TikTok-un ABŞ aktivlərinin satış müddətini yenidən uzadır

19-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə