Previous Next
Bağla

Donald Trump milli təhlükəsizlikdən danışıb

25-07-2019 11:21
Donald Trump milli təhlükəsizlikdən danışıb

Xeberler.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp "Google", "Broadcom" və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək ticarət praktikalarını və milli təhlükəsizlik məsələlərini müzakirə edib.

Görüşdə "Micron" şirkətinin baş direktoru Sancay Mehrotra, "Google"un baş direktoru Sundar Piçai, "Intel"in rəhbəri Robert Svon, "Cisco"nun başçısı Çak Robbins, "Qualcomm"ın baş icraçı direktoru Stiv Mollenkopf, "Broadcom"ın rəhbəri Hok Tan və "Western Digital"ın baş direktoru Stiven Milliqan iştirak ediblər. Gündəlikdə duran məsələlərdən biri "Huawei" şirkəti ətrafında olan vəziyyət və Çin şirkətinin avadanlıqlarından istifadə ilə əlaqədar təhlükəsizlik problemləri olub.

Bildirilir ki, mayda Donald Tramp hökumətə Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün qəbuledilməz risklər törədən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı sazişləri bloklamaq səlahiyyəti verən fərman imzalayıb. Fərmanda konkret ölkələr və ya şirkətlər sadalanmasa da, rəsmi şəxslər və sahə təmsilçiləri bildirib ki, sənəd "Huawei" və onun Çindən olan rəqibi "ZTE Corp" şirkətinə qarşı yönəlib.

Bundan başqa, ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini və onunla əlaqədar hüquqi şəxsləri "qara siyahı"ya daxil edərək onların ABŞ şirkətlərindən servis və komplektləşdirici hissələr almaq imkanlarını məhdudlaşdırıb. İyunun sonunda Donald Tramp Çinlə ticarət barışığı çərçivəsində "Huawei" ilə bağlı məhdudiyyətlərin yumşaldılmasına razılıq verib.

Ağ Evin məlumatına görə, texnoloji şirkətlərin rəhbərləri ABŞ Prezidenti ilə görüşdə "Huawei" ilə fəaliyyət üçün Ticarət Nazirliyi tərəfindən lisenziyaların verilməsi ilə bağlı qərarların operativ qəbul edilməsini xahiş ediblər. Öz növbəsində Prezident xahişə müsbət cavab verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABŞ hökuməti Huawei-lə əməkdaşlığa qoyulan qadağanı yumşaldıb

11-07-2019

Donald Tramp TikTokla bağlı yekun təklifi nəzərdən keçirəcək

02-04-2025

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019

ABŞ-ın nəqliyyat naziri NASA rəhbəri vəzifəsini icra edəcək

10-07-2025

Tramp lisenziyanın müddətini uzatmayacaq

19-08-2019

ABŞ Huawei-nin 5G şəbəkəsinə alternativ yaradacaq

04-09-2019

ABŞ “TikTok”u qadağan edir

19-09-2020

ABŞ-da “TikTok”un bloklanması 75 günlük təxirə salınıb

21-01-2025

ABŞ “Intel”in 11 milyard dollarlıq səhmlərini pulsuz alıb

23-08-2025

Anonymous də müsəlmanları dəstəklədi

15-12-2015

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

Tramp kriptovalyuta ticarətindən 300 milyon dollardan çox vəsait əldə edib

21-05-2025

ABŞ Çinin məşhur texnologiya şirkətlərinə qadağalar qoyub

26-11-2022

İlon Mask və Tim Kuk Tramp ilə birlikdə Çinə səfər edəcəklər

12-05-2026

Donald Trump "TikTok"-u bloklamaq niyyətində deyil

31-03-2025

Donald Tramp Mark Zukerberq ilə görüşüb

28-11-2024

Donald Tramp "TikTok"un bloklanmasını təxirə salıb

17-09-2025

Tramp texnoloji şirkətləri Brüsselin sanksiyalarından qoruyacağına söz verib

18-10-2024

Tramp prezident seçilərsə İlon Maska vəzifə verəcək

20-08-2024

Tramp "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bildirib

06-09-2025

Tramp “iPhone” istehsalının ABŞ-a köçürülməsini tələb edib

23-05-2025

Donald Tramp Twitterdən istifadə səbəbini açıqlayıb

01-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə