Previous Next
Bağla

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019 18:33
Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarə edilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalamışdırlar.

Xeberler.az bildirir ki, AZAL-dan verilən məlumata görə, müqavilə bu gün Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huaji Hu tərəfindən imzalanıb.

“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir", - deyə C. Əsgərov bildirib.

Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər. Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.

Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir. Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.

“Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və  gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, AZAL-ın nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.

Xatırladaq ki, “Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı Aeroportunda yeni texnologiyalar tətbiq ediləcək

12-03-2019

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

İran yeni PUA-lar istehsal edib

06-03-2023

Putin hökumətə PUA-larla bağlı tapşırıq verib

14-06-2023

Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

08-04-2021

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

02-03-2023

AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

28-04-2023

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024

Pilotsuz uçuş aparatlarına dair məruzə beynəlxalq konfransda müzakirə olunub

25-10-2021

Azərbaycanda dronlardan istifadə qaydaları təsdiqləndi

13-09-2017

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

12-06-2024

Azərbaycanda mülki PUA-ların istehsalına dair tələblər müəyyənləşir

18-10-2023

Pilotsuz uçan aparatların “xarici pilot”-u kim ola bilər?

18-05-2016

YTP-da PUA-larla bağlı aparılan işlər yekunlaşıb

05-12-2022

Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

07-02-2020

Türkiyənin yeni PUA-sı ilk dəfə uçuş-enmə zolağına çıxarılıb

26-04-2023

AZANS “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib

20-05-2025

Pilotsuz uçan taksilər-Video

05-01-2017

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə