Previous Next
Bağla

Pilotsuz uçuş aparatlarına dair məruzə beynəlxalq konfransda müzakirə olunub

25-10-2021 11:50
Pilotsuz uçuş aparatlarına dair məruzə  beynəlxalq konfransda müzakirə olunub

Xeberler.az məlumat verir ki, AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı ilə keçirilən 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş “İkinci Qarabağ  Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Texnika elmləri bölməsində məruzə ilə çıxış edib.

“Pilotsuz uçuş aparatlarının komponentlərinin kibertəhlükəsizliyini təmin edən dayaq modelinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edən F.Abdullayeva PUA-ların aktuallığından danışıb, onların həm mülki, həm də hərb sahəsində geniş tətbiqinin kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaratdığını söyləyib.

PUA-ların qabaqcıl texnologiyalarla inteqrasiyasının, Əşyaların İnternetinə əsaslanan Pilotsuz Uçuş Aparatları (UAV-IoT) ekosisteminin mövcudluğunun PUA-nın özünün təhlükəsizlik problemləri sırasına yeni problemlər götirdiyini deyib.

O, PUA-ların təhlükəsizlik məsələlərinin analizinin aparılması üçün onun arxitekturasını təşkil edən komponentlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq PUA-nın informasiya axınlı komponent modelini təqdim edib. F.Abdullayeva PUA-ların hüquqi əsaslarından danışaraq əksər ölkələrdə PUA-ların istifadəsini tənzimləyən qanunvericilik aktlarının qəbul edildiyini, PUA-nı öz hava məkanında istifadəsini təsdiqləmək üçün sertifikasiya mərkəzlərinin təsis edildiyini qeyd edib.

PUA-nın kriminalistik analizindən (drone forensic) söhbət açan məruzəçi, bu üsulun PUA-nın uçuşdan sonra fəaliyyətini tədqiq etməyə imkan verdiyini deyib. 

PUA komponentlərinin kibertəhlükəsizliyi üçün təklif etdiyi dayaq modelini təqdim edərək PUA-nı sıradan çıxara bilən hücum nöqtələrinin müəyyən edildiyini, bu hücum nöqtələrinə olan spesifik hücumların qruplar üzrə klassifikasiyasının aparıldığını söyləyib. PUA-lara dəyən zərərin təsir dərəcəsinin qiymətləndirilməsi, hücumlara qarşıdurma mexanizmlərinin avtomatik seçilməsini təmin etmək üçün qeyri-səlis modelin təklif edildiyini nəzərə çatdırıb.

F.Abdullayeva konfrans iştirakçılarına PUA-ların kibertəhlükəsizliyi ilə bağlı müəyyən etdiyi açıq elmi-tədqiqat məsələləri barədə də məlumat verib.   

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018

İran yeni PUA-lar istehsal edib

06-03-2023

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023

Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

08-04-2021

"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26-12-2022

Türkiyənin yeni PUA-sı ilk dəfə uçuş-enmə zolağına çıxarılıb

26-04-2023

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

19-09-2024

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025

Ordumuz Ermənistanın PUA-sını məhv edib

22-06-2017

Putin hökumətə PUA-larla bağlı tapşırıq verib

14-06-2023

Nazirlik: Ermənistan növbəti PUA-dan istifadə edib

22-06-2017

Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib

06-09-2022

Azərbaycan Ermənistan PUA-larını hədəfə çatmadan zərərsizləşdirib

12-05-2023

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

17-12-2016

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

17-06-2025

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

12-05-2023

Gənc mühəndislərin yay düşərgəsində PUA-ların üstünlükləri və tətbiqlərindən bəhs olunub

23-08-2022

YTP-da PUA-larla bağlı aparılan işlər yekunlaşıb

05-12-2022

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə