Previous Next
Bağla

AİB: Rəqəmsallaşma Asiya və Sakit Okeanda davam edən bərabərsizliyi azalda bilər

06-05-2025 14:56
AİB: Rəqəmsallaşma Asiya və Sakit Okeanda davam edən bərabərsizliyi azalda bilər

Rəqəmsallaşma Asiya və Sakit Okean regionunda davam edən iqtisadi bərabərsizliyin azaldılmasına kömək edəcək güclü bir alət ola bilər. Lakin onun potensialından faydalanmaq üçün hökumətlər infrastruktur, çıxış imkanları və bacarıqlar da daxil olmaqla rəqəmsallaşmaya dair çatışmazlıqları aradan qaldırmalıdır.

Xeberler.az məlumat verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında bildirilir.

Qeyd olunub ki, son onilliklər ərzində Asiya və Sakit Okean regionundakı inkişaf etməkdə olan ölkələr rəqəmsal inkişaf sahəsində digər regionları qabaqlasa da, bu inkişafın faydaları hamı üçün bərabər paylanmayıb. Məsələn, bu gün dərc olunan “2025-ci il üzrə Asiyanın İnkişaf Siyasəti Hesabatı: Rəqəmsal Transformasiyadan Yaxşı Məqsədlər üçün İstifadə” sənədinə əsasən, region boyu şəhər yerlərindəki internet istifadəçilərinin sayı kənd yerlərlərindəki internet istifadəçilərinin sayı ilə müqayisədə 13 faiz çoxdur. Həmçinin, mobil internetin yükləmə sürəti kənd yerlərinə nisbətən şəhər yerlərində 38 faiz daha çoxdur. Əvvəlki araşdırmalar da göstərir ki, Asiya və Sakit Okean regionundakı bir çox inkişaf etməkdə olan ölkələr rəqəmsal inklüzivliyə görə geri qalır, həmçinin bu ölkələrdə ümumilikdə rəqəmsal bacarıqların səviyyəsi aşağıdır.

Eyni zamanda, sürətli inkişaf və iqtisadi artıma baxmayaraq, regionda iqtisadi bərabərsizlik davam edir. Asiyadakı inkişaf etməkdə olan ölkələrdə əhali sayına əsaslanan orta Gini əmsalı — ölkədaxili bərabərsizliyin göstəricisi —1990-cı illə müqayisədə 2022-ci ildə 6 faiz daha yüksək olub. Ötən ilin məlumatına əsasən, region əhalisinin 18,9 faizi yoxsulluq həddində (1 gün üçün 3,65 dollar) yaşayır.

“Asiya və Sakit Okean regionunda baş verən sürətli rəqəmsal transformasiya bu region üçün əhəmiyyətli faydalar əldə etmək imkanı yaradır”, – deyə Asiya İnkişaf Bankının baş iqtisadçısı Albert Park bildirib.

“İnklüziv və dayanıqlı rəqəmsallaşmanı təşviq edən hökumətlər təkcə ümumi məhsuldarlığı və innovasiyanı artırmağa nail olmur, həm də iqtisadi bərabərsizliyi azaltmaq imkanı əldə edirlər”,- deyə o qeyd edib.

Məlumata görə, rəqəmsallaşma bərabərsizliyi azalda bilər, məsələn, şəxsi maliyyə və təhsil kimi əsas xidmətlərə çıxış imkanlarını genişləndirə bilər və ya kiçik biznes sahiblərinin maliyyə resurslarına və biznes şəbəkələrinə çıxışlarının olmaması kimi maneələri aradan qaldırmağa kömək edə bilər. Rəqəmsal transformasiya həmçinin aşağı karbonlu inkişafa keçidi sürətləndirə və regiondakı icmaları ekstremal hava hadisələri və fəlakətlərə qarşı daha dayanıqlı edə bilər. Məsələn, bu fəlakət riskinin idarə olunmasını təkmilləşdirmək üçün modelləşdirmə və analitik təhlillərin aparılmasına dəstək vermək, habelə iqlimə davamlı bitki növləri kimi həllərin müəyyən olunması üçün iqlim patternlərini proqnozlaşdırmaq ilə mümkündür.

Hesabatda tövsiyə olunur ki, Asiya və Sakit Okean regonundakı inkişaf etməkdə olan ölkələrin hökumətləri inklüzivlik və dayanıqlılıq məqsədlərini özündə ehtiva edən milli rəqəmsal strategiyalar qəbul etsin və bu məqsədləri təşviq edən, yerli mühitə uyğun siyasətlər həyata keçirsinlər. Eyni zamanda, hökumətlərin özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları, yerli və beynəlxalq icmalarla əməkdaşlıq etməsi tövsiyə olunur.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Nazir Rəşad Nəbiyev Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

02-10-2023

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008

Mobil ödənişlər bazarında artım gözlənilir

20-08-2015

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008

Asiyanın maliyyə texnologiyalarına investisiyalar artıb

05-11-2015

Azərbaycanla AİB arasında əməkdaşlıq müzakirə olunub

03-06-2025

Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

11-02-2021

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

10-04-2026

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

Çin süni intellekt üzrə qlobal əməkdaşlıq təşkilatı yaratmağı təklif edir

01-11-2025

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

Nazir müavini AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb

20-02-2025

İnterpol biometrik pasportların tətbiqini dəstəkləyir

30-05-2015

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

08-11-2024

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə