“Amazon” şirkəti “Kindle Paperwhite”in təkmilləşdirilmiş versiyası üzərində işləyir

25-11-2013 / 10:56
“TechCrunch” nəşrinin məlumatına görə, “Amazon” şirkəti artıq gələn ilin əvvəlində növbəti dəfə “Kindle” qurğular xəttini təkmilləşdirmək niyyətindədir. Yeni “Kindle Paperwhite” qurğusunun iki ay əvvəl çıxarılmasına baxmayaraq, şirkətin insayderləri iddia edirlər ki, artıq 2014-cü ilin ikinci rübündə yeni “Paperwhite” çıxarılacaq ki, onun ekranının təsvir ölçüsü 300 ppi təşkil edəcək.
 
Yeni ekran sayəsində “Paperwhite” rideri “Kobo Aura HD” cihazına birbaşa rəqib olacaq, sonuncuda ekranın təsvir ölçüsü 265 ppi təşkil edir və o, hazırda ən yüksək təsvir ölçülü ixtisaslaşdırılmış rider hesab edilir. Bu ilin oktyabrında çıxarılmış “Kindle Paperwhite” riderində ekrandakı piksellərin sıxlığı 212 ppi təşkil edir. (ictnews.az)
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə