Samsung yeni ucuz smartfonunu təqdim edib

22-11-2015 / 10:54

Cənubi Koreyanın Samsung şirkəti Galaxy J3 adlı yeni smartfonunu təqdim edib.
 
Samsung Galaxy J3 smartfonu 1280 x 720 nöqtə təsvir ölçülü və 294 ppi piksel sıxlığına malik 5 düymlük “Super AMOLED” ekranı, 1,5 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, prosessor 1,2 QHs takt tezliyində işləyən 4 hesablama nüvəsinə malikdir.

Qeyd edilir ki, telefonun əsas kamerası avtofokus və işıq diodu işıqlandırıcısını dəstəkləyən 8 meqapiksellik təsvir ölçüsünə malikdir. Selfi və videozənglər üçün nəzərdə tutulmuş ön fotomodulun təsvir ölçüsü 5 meqapikseldir.
 
Qurğunun ölçüsü 142,3 x 71 x 7,9 mm, çəkisi 138 qramdır. Smartfon 2600 milliamper/saat tutumunda akkumulyator batareyası, Wi-Fi 802.11 b/g/n və Bluetooth 4.1  simsiz rabitə kontrolleri, GPS naviqasiya qəbuledicisi, LTE modem və standart ötürücülər dəstinə malikdir.

Qurğuya TouchWiz interfeysinə malik Android Lollipop mobil əməliyyat sistemi quraşdırılıb.

Samsung Galaxy J3  smartfonunun pərakəndə dəyəri 120 dollar olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə