Koreyalılar insan tükü qalınlığında OLED-ekran təqdim ediblər

31-10-2008 / 11:19
Samsung şirkəti 0,05 millimetr qalınlıqlı OLED-ekran təqdim edib ki, bu göstərici insan tükünün orta qalınlığına bərabərdir. FPD International 2008 sərgisində nümayiş etdirilən displeyin diaqonalı dörd düym, təsvir dəqiqliyi 480x272 piksel, kontrastlığı -100000:1 təşkil edir. Yeni ekran NTSC televiziyasının standartlarına uyğun bütün rəngləri təsvir etmək imkanına malikdir.
Ekranın əsasını standart şüşə altlıq təşkil edirdi ki, bu altlıq üzərində üzvü işıq diodlar tozlanma üsulu ilə yerləşdirilib. Samsung-un nümayəndələri qeyd edirlər ki, şirkət tərəfindən işlənib hazırlanmış texnologiya OLED-ekranı daha nazik etməyə imkan yaradır. Lakin onların fikrincə, bunun üçün hələ ki əsas yoxdur.   
Mənbə: mincom.gov.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə