Dünyanın ən nazik smartfonu

20-02-2011 / 23:03
O, tezliklə Avropa və Asiyada satışa çıxarılacaq

Samsung şirkəti yeni “Galaxy S II” smartfonunu təqdim edib. Onun qalınlığı 8,49 mm-dir. Bu, dünyanın ən nazik smartfonudur.

“Galaxy S II” smartfonu Google Android 2.3 əməliyyat sistemi ilə işləyəcək.
“Galaxy S II” modelin displeyi 4,27 düym diaqonala malikdir, onun təsvir ölçüsü isə 800x480 piksel təşkil edir. Cihaz Samsung şirkətin istehsal etdiyi  Super AMOLED+ texnologiya əsasında işləyir.

Yeni modelin üz və arxa panelində kamerası var. Cihazın üz panelində olan  2 meqapikselli kamerası yalnız videozənglər üçün nəzərdə tutulub. Arxa panelində olan 8 meqapikselli kamera isə Full HD videoçarxların yazılması üçündür.

Fevral ayında yeni məhsul Avropa və Asiya ölkələrində alıcılara təqdim olunacaq. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə