Amazon-dan 50 dollarlıq planşet

09-09-2015 / 11:17

Elektron ticarət sahəsində ilk sıralarda olan Amazon Kindle seriyası avadanlıqlarına daha birini əlavə edir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, şirkətdən bildirilib ki, yeni planşet 6 düymlük ekrana və mono səsucaldana sahib olacaq.

Qeyd edilib ki, Kindle Fire ilə müqayisədə daha aşağı xüsusiyyətlərə sahib olacaq. 

Yeni planşetin  digərləri kimi münasib qiyməti ilə istifadəçilərin rəğbətini qazanacağı ehtimal edilir. 

Qeyd edək ki,  əvvəlki seriya Kindle Fire HD 6 modeli 4 nüvəli 1.5 GHz sürətində  prosessordan ibarət idi və 1280 x 800 piksel dioqanala sahib idi. Modelin qiyməti isə  99 dollar idi.

 Yeni 6 düymlük ekrana sahib  planşetin qiyməti isə 50 dollar olacaq.

Yaxın zamanda bazara təqdim olunması gözlənilən yeni  Kindle planşetindən əlavə Amazon 8 düymlük və 10 düymlük planşetlərin istehsalına da  hazırlaşır.

Şirkət qeyd edib ki, bu planşetlərin qiyməti də Amazonun istehsal etdiyi digər məhsulların qiyməti ilə eyni olacaq.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə