Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib.
Xeberler.az AMB-yə istinadən məlumat verir ki, bu barədə müzakirələr qurumun sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətləri və bu çərçivədə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları