Angry Birds 2-nin istifadəyə veriləcəyi tarix açıqlanıb

21-07-2015 / 20:12

Dünyanın ən məşhur oyunlarından  olan Angry Birds seriyasına yeni bir halqa daha əlavə olunur.

Xeberler.az xarici mətbuata istinadən Angry Birds 2 ilə bağlı   ilk məlumatları təqdim edir.

Belə ki, finlandiyalı oyun sahibkarı Rovio Angry Birds 2 üzərində bir müddətdir çalışdığını və mobil oyunun 30 iyulda istifadəçilərə tədim ediləcəyini  bildirib.

Qeyd edək ki, oyunun çıxış tarixindən başqa, digər detallar hələlik məlum deyil. Rovio oyunla bağlə hər  hansı  ekran görüntüsü və ya oyunun  forması ilə əlaqədar ipucu vermir. Ancaq yuxarıdakı yeni fotodan görünür ki, tanış gələn quşlardan bir çoxu  Anry Birds-in yeni seriyasında  yoxdur.

Markanın inkişafını daha güclü təmin etməkdə qərarlı olan Rovio Angry Birds 2-nin gələn il iyul ayında kinolara daşınacağını da əlavə edib. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə