App Store-da zərərli proqramlar aşkarlanıb

23-09-2015 / 11:49

Çinli hakerlər iOS üçün tətbiq yazma proqramı olan Xcode-a alternativ olaraq XcodeGhost proqramını yazaraq zərərli tətbiqləri App Store mağazasına yükləməyi bacarıblar.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hakerlər Angry Birds 2WeChat kimi 344 populyar tətbiqin oxşarını hazırlayaraq App Store-a yükləyiblər.

Apple şirkətinin nümayəndəsi Christine Monaghan e-poçt vasitəsi ilə açıqlamasında saxta proqramla yazılan tətbiqlərin oxşarını artıq App Store-dan götürüldüyünü qeyd edib.

Ayın əvvəlindən Çində 225 mindən çox Apple istifadəçisinin hesabına aid istifadəçi adları və şifrələr hakerlər tərəfindən ələ keçirilib.

Bunun qarşısını almaq üçün Jailbreak proqramçılarından ibarət Pangu komandası Xcode adlı iOS platforması üçün virus axtarış tətbiqi hazırlayıb. Xcode adlı proqram tətbiqlərin oxşarı olan zərərli tətbiqləri müəyyən edir.

Xcode virus axtarma tətbiqini buradan yükləyə bilərsiniz.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə