Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Barselonada keçirilən Mobile World Congress (MWC 2011) beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş Global Mobile Awards müsabiqəsinin münsiflər heyəti Apple iPhone 4 smartfonunu ən yaxşı mobil qurğu adlandırıb.
ekrana malik iPhone 4 fantastik materiallardan hazırlanıb və proqramların işlənib hazırlanması baxımdan fenomenal ekosistemlə əhatə olunub”, - deyə müsabiqənin jüri heyəti iPhone 4 smartfonunun ən yaxşı mobil qurğu nominasiyasında qalib gəlməsini şərh edərək bildiriblər.
Qeyd etmək lazımdır ki, Apple şirkəti MWC sərgisində iştirak etmir və bu il də sərginin pavilyonunda Apple məhsullarını nümayiş etdirən stend təqdim olunmayıb. İlin istehsalçısı və ən yaxşı qurğu istehsalçısı nominasiyasında isə Apple deyil, Tayvanın HTC şirkəti qalib gəlib. Münsiflərin fikrincə “HTC aşağı mövqedən başlayaraq bazarda möhkəm yer tuta bilib və keyfiyyətli model xəttinə malikdir”.
Apple iOS platformasında ilin əlavəsi adına Finlandiyanın Rovio şirkətinə məxsus Angry Birds oyunu layiq görülüb. Android əməliyyat sistemində isə ilin əlavəsi Google Maps servisi olub. BlackBerry smartfonları üçün ilin proqramı adına BlackBerry Messenger servisi layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri