Angry Birds-ün direktoru dəyişdi

10-12-2015 / 17:22

Angry Birds-ün icraçı direktoru Pekka Rantala vəzifəsindən ayrılır.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, vəzifə şirkətdə hüquqi işlərdən məsul baş idarəçi olan Kati Levorantaya həvalə edilib. Yeni icraçı direktorun vişinə 2016-cı ildən başlayacağı bildirilir.

Bundan əlavə gələn ildən etibarən Angry Birds fəaliyyətini "Oyun" və "Media" olaraq iki hissəyə ayıraraq davam etdirəcək.

"Media" hissəsini Mikael Hed, "Oyun" hissəsini isə şirkətdə xarici məhsullardan məsul müdir olaraq vəzifə yerinə yetirən Wilhelm Taht idarə edəcək.

İdarə heyəti başçısı Kaj Hed bu günə qədər şirkətin təşkilati iş modelində belə bir qərarın verilməsini şirkətin fəaliyyətinə maneə törətdiyini və rəqabətdə onları geriyə apardığını bildirib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə