Bu günlərdə Apple şirkəti 2011-ci ildə İPhone üçün ən çox yüklənən proqramların siyahısını nəşr etdirib.
Xəbərlər-in verdiyi məlumata görə, Apple-ın qeydlərində ən çox yüklənən proqram Facebook, ən çox yüklənən oyun isə Angry Birds olub. Agentlik qeyd edir ki, ən çox köçürülən pullu 10 proqramdan 9-u oyundur.
Röytersə verdiyi müsahibədə marketinq bölməsinin vitse-prezidenti Fiksu Kreyk Palli 2011-ci ilin reytinqinin kommunikasiya üçün proqramların populyarlıgının artma tendensiyasını nümayiş etdirdiyini bildirib. Facebook-dan əlavə ən yaxşı nəticəni Skype proqramı, həmçinin aktyor Alec Baldui-nin “dostlarla söhbət” oyunu göstərib.
Musiqi kateqoriyasında ən çox yüklənən proqram istifadəçilərə öz radiosunu yaratmaq imkanı verən Pandorra olub. Bundan əlavə bu kateqoriyada xüsusi populyarlıq qazanan vəistifadəçilərə dünyanın radiostasiyaları arasında seçim imkanı yaradan Tuneln Radio proqramıdır.
Hazırda dünyada aktiv proqram istifadəçilərinin sayı 30 milyon nəfər təşkil edir.
Kamera proqramları kateqoriyasında Apple-ın keçən ay rəsmən ilin ən yaxşı proqramı elan etdiyi İnstaqram liderlik edir. Lifestyle kateqoriyasında Groupon и Pimp Your Screen, əyləncədə kütləvi videoservis Netflix, səhiyyə və sağlamlıq kateqoriyasında isəCalorie Counter & Diet Tracker и Nike+ GPS liderdir.
xeberler.az/Samir