Previous Next
Bağla

Dünyanın ən bahalı şirkəti hansıdır?

12-05-2016 18:19
Dünyanın ən bahalı şirkəti hansıdır?

ABŞ-ın nüfuzlu Forbes jurnalı dünyada ən bahalı brendlərin növbəti reytinqini dərc edib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Apple korporasiyası sözügedən reytinqdə yenidən birinci yeri tutub.

Belə ki, “alma” şirkətinin ticarət markası Google ilə müqayisədə 87% daha bahadır.
Apple  brendi 154.1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da 2015-ci illə müqayisədə 6% yüksəkdir.

Nüfuzlu nəşrin nümayəndəsinin sözlərinə görə, ötən rüb gəlirlərin azalmasına baxmayaraq, Apple istehlak İT malları bazarında lider olaraq qalır. Korporasiya öz pərəstişkarları sayəsində ötən il 53 milyard xalis gəlir qazanıb. Forbes nəşri altıncı il ardıcıl olaraq Apple korporasiyasını ən bahalı brend adlandırır.

2016-cı ildə brendin dəyərinə (82.5 milyard dollar) görə ikinci yeri Google şirkəti tutub. Marketinq üzrə professor Devid Reybstayn deyir ki, Google unikal markadır, demək olar ki, "internetdə axtarış" anlayışının sinoniminə çevrilib.

Forbes nəşrinin yeni reytinqində üçüncü yeri 75.2 milyard dollar məbləğində qiymətləndirilmiş Microsoft korporasiyası tutub.

Cari ildə ən bahalı brendlərin siyahısında dördüncü yerdə qazlı içki istehsalçısı Coca-Cola (58.5 milyard dollar), beşinci yerdə isə Facebook (52.6 milyard dollar) sosial şəbəkəsi yerləşib.

Məlumat üçün bildirək ki, 2016-cı ildə Facebook ticarət markası 44% bahalaşıb. Cari ildə IBM korporasiyasının brendi öz dəyərinin 17%-ni itirib.



Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən bahalı brendi

09-11-2013

Dünyanın ən bahalı şirkətlərinin yeni reytinqi dərc olunub

14-05-2015

2018-ci ilin ən bahalı brendi məlum olub

05-10-2018

Dünyanın ən bahalı texnologiya şirkəti hansıdır?

30-12-2015

“Apple” dünyanın ən qiymətli brendi elan olunub

22-01-2025

Google – yenidən dünyanın ən bahalı brendi oldu

17-10-2008

2024-cü ilin ən bahalı texnologiya şirkətinin adı açıqlanıb

22-08-2024

Dünyanın ən gəlirli şirkətlərinin reytinqi açıqlanıb

27-07-2015

Dünyanın 100 ən zəngin İT milyarderləri bəlli olub

11-08-2016

Dünyanın ən bahalı İT şirkətləri-Reytinq

29-05-2017

Dünyanın ən bahalı şirkətləri- Reytinq

15-02-2018

Apple 2018-ci il ən bahalı brendi oldu

06-10-2018

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

27-10-2013

Apple-ın dəyəri 600 milyard dolları ötdü

11-04-2012

Microsoft şirkətinin təsisçisi reytinqdə birinci yerdədir

01-10-2015

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010

ABŞ-ın 500 böyük şirkətinin siyahısı açıqlandı

05-06-2015

“Google” dünyanın ən bahalı brendidir

29-03-2011

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020

2017-ci ilin ən zəngin iş adamları- Siyahı

25-08-2017

Google ən bahalı brend kimi

28-03-2009

Apple bazar qiymətinə görə Google-u geridə qoyub

19-08-2008

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011

Ötən il iOS və Android-dən nə qədər proqram yüklənib?

17-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə