Dünyada bir milyarda yaxın insan Apple şirkətinə pul ödəyir

06-02-2023 / 09:20

Apple pullu xidmətlərinin auditoriyasının 935 milyon nəfərə çatdığını açıqlayıb.

Xeberler.az bildirir ki, bu barədə “TechCrunch” məlumat yayıb.

Ödənişlər “iCloud”, “Apple Music”, “Apple TV+”, “Apple Arcade”, “Apple News+”, “Apple Fitness+”, “Apple One” və “Apple Pay” abunəçiləri tərəfindən həyata keçirilir.

Ötən ilin maliyyə ilinin birinci rübündə 20,8 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci ilin eyni dövründə şirkət 19,5 milyard dollar qeydə aldığı üçün illik müqayisədə 6% artım deməkdir. “iPhone” istehsalçısı həmçinin “Business Essentials”, “AppleCare”, “Tap to Pay” və “Apple Financial Services” kimi müəssisə xidmətləri təqdim edir.

Apple həmçinin qeyd edib ki, il ərzində “App Store” abunəçilərinin artımı on faiz təşkil edib. Bulud və ödəniş xidmətləri abunələr arasında əsas gəlir mənbəyinə çevrilib. Şirkət hər bir xidmət növündən əldə etdiyi dəqiq gəliri açıqlamayıb.

Report


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.