Apple daxili yeniləmə səbəbindən yaranan genişmiqyaslı nasazlığı aradan qaldırmağa çalışır.
Xeberler.az Bloomberg-ə istinadən məlumat verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumata görə, nasazlıq iCloud və Apple Pay də daxil olmaqla bir sıra xidmətlərin fəaliyyətinə təsir edib. Problemlər daxili yeniləmədən sonra yaranıb. Şirkət insidentin səbəbinin kiberhücum olması ehtimalını istisna edib.
"Bu gün səhər saatlarında daxili yeniləmənin səbəb olduğu nasazlıqdan sonra sistemlərimizin əksəriyyətinin fəaliyyətini bərpa etmişik. Qalan sistemlərin də mümkün qədər tez işə qaytarılması üçün çalışırıq", – Apple nümayəndəsi bildirib.
Problemlər, həmçinin App Store, Apple Music, AppleCare xidmətlərini və tərtibatçılar üçün nəzərdə tutulan alətləri əhatə edib. Bəzi istifadəçilər Apple hesablarına daxil olmaq, tətbiqləri yükləmək və cihazların müəyyən funksiyalarından istifadə etməkdə çətinliklərlə üzləşdiklərini bildiriblər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları