2018-in ilk həftəsində 300 milyon qazandı

08-01-2018 / 11:26

Apple 2018-ci ilin ilk həftəsində şirkətin mobil tətbiq mağazası Apple App Store-ə aid statistik rəqəmləri açıqlayıb.

Apple deyəndə ağıla iPhone, iPad və Mac gəlirkən, App Store-da şirkətin ən sərfəli, böyük miqadarda gəlir gətirən bir qoludur.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, populyar Apple App Store yeni ilin ilk günündə 300 milyon dollar satış edib.

2017-ci ilin son həftəsindən indiyədək mağazada 890 milyon dollar satış olub.

Qeyd edək ki, iPhone, iPad və Watch üçün tətbiq hazırlayan iOS proqramçıları 2017-ci ildə 26.5 milyard dollar qazanıb.

Belə ki, şirkətin 2008-ci ildən developer-lərə ödədiyi miqdar ötən il 30 faiz artaraq 85 milyard dollar olub.

Məlumatda o da bildirilib ki, hər həftə Apple App Store-a 500 milyon istifadəçi daxil olur.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə