Apple Rusiya proqramçılarının App Store-dan kənar tətbiqlər yaratmasını qadağan edib və onların Apple Developer Enterprise Program (ADEP) platformasına girişini bağlayıb.
Xeberler.az bildirir ki, bu platforma şirkətlərə öz daxili istifadəçiləri üçün iOS tətbiqləri yaratmağa imkan verirdi. Məsələn, işçilər üçün çat-botlar, mühasibat proqramları, daxili məlumat bazalarına giriş və digər iş alətləri bu sistem vasitəsilə hazırlanırdı. Həmçinin, bəzi proqramçılar bu platformadan istehlakçılar üçün nəzərdə tutulan tətbiqləri App Store-a yerləşdirmədən əvvəl test etmək üçün istifadə edirdilər.
Apple rusiyalı istifadəçilərin bu platformaya girişini tamamilə ləğv edib və onların məlumatlarını sistemdən silib. Şirkət bu qərarın konkret səbəbini açıqlamasa da, daha əvvəl beynəlxalq sanksiyalara uyğun hərəkət etdiyini bildirib.
Ekspertlərin fikrincə, bu qadağa Rusiya şirkətləri üçün ciddi problemlər yaradacaq. Çünki hazırda ADEP-in tam alternativi yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri