Previous Next
Bağla

Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq

21-10-2026 17:27
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq

Oktyabrın 21-dən Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə həyata keçirdiyi, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) koordinasiyası ilə icra olunan “Kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd yerlərinin inkişafı sektoru üçün rəqəmsal və süni intellekt həlləri” texniki yardım layihəsi çərçivəsində “Təlimçilərin hazırlanması” (Training of Trainers -ToT) proqramına başlanılıb.

Xeberler.az məlumat verir ki, təlimin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt alətlərinin tətbiqi üzrə iştirakçıların bilik və bacarıqlarının artırılması, eləcə də əldə edilmiş biliklərin gələcəkdə fermerlərə ötürülməsini təmin etməkdir.

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təşkil olunan təlimdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Təlim Mərkəzinin və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Təlim proqramı kənd təsərrüfatında süni intellekt alətlərinin tətbiqi və teleqram əsaslı həllərdən istifadə, fermerlərin qiymətləndirilməsi, bitki sortlarının müəyyənləşdirilməsi, bitkilərin sağlamlığının monitorinqi və dərmanlama vaxtının optimallaşdırılması mövzularını əhatə edib. Bununla yanaşı, suvarmanın idarə edilməsi, su stresinin və torpağın su balansının qiymətləndirilməsi, məhsuldarlığın proqnozlaşdırılması və torpaq xəritələrinin tətbiqi istiqamətləri üzrə nəzəri və praktiki məşğələlər keçiriləcək.

Üç gün davam edəcək proqramın sonunda iştirakçılar arasında onlayn sorğu keçiriləcək və sertifikatlar təqdim olunacaq. Sertifikat əldə edən təlimçilərin daha sonra öz bilik və təcrübələrini fermer və digər kənd təsərrüfatı subyektlərinə ötürməsi, onlara bitkilərin monitorinqi, suvarmanın planlaşdırılması, məhsuldarlığın proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərindən istifadə üzrə praktiki dəstək göstərməsi hədəflənir.

Proqram, həmçinin nazirliyin “Elektron kənd təsərrüfatı” informasiya sistemi və “Aqrar Süni İntellekt” layihələri çərçivəsində hazırlanmış rəqəmsal həllərin tətbiq imkanlarının genişləndirilməsinə, əməkdaşların müasir texnologiyalar üzrə institusional bilik və bacarıqlarının inkişafına, eləcə də kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

19-08-2026
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024
Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

19-05-2026
Xankəndidə “Bootcamp” keçirilib

Xankəndidə “Bootcamp” keçirilib

10-10-2025
Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

01-10-2025
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025
Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018
Nazirlik yeni elektron xidmət yaradır

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018
Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

30-09-2022
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019
52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019
Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015
Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023
Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019
Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015
Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015
Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023
Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

Kənd təsərrüfatı təyinatlı PUA-ların istifadəsinə dair təlimlər davam edir

15-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə