Previous Next
Bağla

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019 14:28
Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

8 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"-nın həyata keçirilməsinə başlanılıb, bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama
qəbul elan olunub.

Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib. “INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
agroX-in yekun təqdimat mərasimi baş tutacaq

agroX-in yekun təqdimat mərasimi baş tutacaq

07-10-2019
Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023
INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019
Kənd Təsərrüfatı naziri agroX yarışmasının qalibləri ilə görüşüb

Kənd Təsərrüfatı naziri agroX yarışmasının qalibləri ilə görüşüb

31-10-2019
Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
agroX Müsabiqəsinin yarım finalçıları ilə görüş olacaq

agroX Müsabiqəsinin yarım finalçıları ilə görüş olacaq

03-07-2019
İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

İnam Kərimov: Kənd təsərrüfatı bəşəriyyətin ilk innovasiyasıdır

08-10-2019
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
INNOLAND və AzerGold startapları bir araya gətirəcək

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019
INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019
Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015
Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron  açıqlanacaq

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015
INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019
Yeni nazir əsas fəaliyyət prinsiplərini açıqlayıb

Yeni nazir əsas fəaliyyət prinsiplərini açıqlayıb

23-04-2018
İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023
Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

30-09-2022
Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

Gəncə Dövlət Universiteti və INNOLAND arasında memorandum imzalanıb

11-10-2019
Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023
agroX-in yekun qiymətləndirilməsinə start verilib

agroX-in yekun qiymətləndirilməsinə start verilib

08-10-2019
Nazirlik yeni elektron xidmət yaradır

Nazirlik yeni elektron xidmət yaradır

05-01-2018
Kənd Təsərrüfatı Nazirliyinin saytı  yenilənib

Kənd Təsərrüfatı Nazirliyinin saytı yenilənib

30-10-2015
Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

Naxçıvanda aqrar innovasiya festivalı keçiriləcək

15-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə