Previous Next
Bağla

Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

19-05-2026 15:24
Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

Erkən xəbərdarlıq mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil. Bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi məhsuldarlığın təminatıdır. Bu xüsusda, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm strateji addımdır. Aqrometeoroloji datanın EKTİS vasitəsilə istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin idarəolunmasında yeni keyfiyyət mərhələsi yaradır.

Xeberler.az məlumat verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin sistem vasitəsilə fermerlər aqrotexniki prosesləri elmi əsaslarla planlaşdırmaq, şaxta, quraqlıq, dolu və digər iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlər görmək, bitki və heyvan mənşəli məhsulları potensial təhlükələrdən effektiv qorumaq, təsərrüfat planlamasını iqlimə uyğunlaşdırma imkanı və s. əldə edirlər. Nəticədə, məhsul itkisi minimuma endirilir, aqrar sahədə maliyyə dayanıqlığı artır və ölkənin ərzaq balansının sabitliyi gücləndirilir.

"Strategiyamızın növbəti fundamental istiqaməti kənd təsərrüfatında resursların səmərəli idarəolunması məqsədilə Süni İntellekt (Sİ) əsaslı sistemlərin tətbiqidir. Müasir rəqəmsal texnologiyalar bizə yalnız məlumat toplamaq deyil, böyükhəcmli verilənləri analiz edərək optimal qərarlar qəbul etmək imkanı verir. Həmçinin 2024–2026-cı illəri əhatə edən “Aqrar Süni İntellekt” layihəsi çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərin tətbiqi davam edir. Hazırda ölkə üzrə 180-dən çox iqlim stansiyasının göstəriciləri, peyk görüntüləri və torpaq analizləri vahid sistemdə birləşdirilib. Bu baza vasitəsilə indiyədək 315 mindən çox fermerin və 636 min hektardan artıq sahənin məlumatları təhlil olunub. Layihə çərçivəsində məhsuldarlıq proqnozu, bitki sağlamlığı və suvarmanın idarəedilməsi üzrə hazırlanmış 33 modeldən 14-ü artıq inteqrasiya mərhələsindədir. Qalan modellərin isə ilin sonunadək tamamlanması nəzərdə tutulur. Hazırda sistemin e-Agro, EKTİS və Yonca platformalarına inteqrasiyası yekunlaşmaq üzrədir. Bu addım kənd təsərrüfatının rəqəmsal idarəetməsini daha da dayanıqlı edəcək", - deyə İlhamə Qədimova vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026
RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025
Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

01-10-2025
Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019
12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025
37,500 fermer elektron qeydiyyatdan keçib

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019
Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019
Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018
Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023
Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

Subsidiyaların verilməsi artıq elektron qaydada olacaq

19-09-2019
Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

04-10-2024
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019
İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023
Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019
Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində startapçılarla görüş keçirilib

30-09-2022
 E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016
Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün məlumatlar verir

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün məlumatlar verir

14-05-2025
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə