Previous Next
Bağla

Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

05-05-2017 10:15
 Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

Vahid AsanDoc.az portalı istifadəyə verilib. Belə ki, bu portalda Asan İmza mobil elektron imza vasitəsilə elektron formada istənilən vacib sənədi imzalamaq mümkündür.

Xeberler.az-ın məlumatına görə, Asan İmza Operatoru Azərbaycanın çoxsaylı istifadəçilərinin istəyilə bu portalı hazırlayaraq istifadəyə təqdim edib.

Portal elektron vergi bəyannamələri, elektron vergi hesab fakturaları, fiziki və ya hüquqi şəxsin qeydiyyatı üçün ərizə, əmək müqaviləsinin bağlanılması ilə bağlı bildiriş,  məcburi dövlət sosial sığorta haqqında hesabatlar, sığortaolunan şəxsin qeydiyyatı və s. bu kimi vacib sənədlərin imzalanması prosedurunu asanlaşdırır.

Artıq sənədlərin imzalanması üçün əlavə proqram təminatının axtarılması və endirilməsinə ehtiyac qalmır. İstifadəçi kompyuterində hansı əməliyyat sisteminin - Windows, Mac OS və ya Linux-un quraşdırılması barədə düşünməməlidir.

Onu da qeyd edək ki, AsanDoc.az portalına smartfonlar və planşet kompyuterlər də (onlar üçün xüsusi proqramların hazırlanmasından asılı olmayaraq) daxil olmaqla istənilən qurğudan giriş mümkündür.

Layihə Microsoft Azure bulud hesablamalarının açıq və dəyişkən platformasında reallaşdırılmışdır. Portalda autentifikasiya Asan İmza vasitəsilə həyata keçirilir, sənədlərin imzalanması isə cəmi bir neçə saniyə vaxt aparır. İstifadəçi sənədlərin imzalanması üçün Asan İmza mobil elektron imza sertifikatını əldə etdiyi zaman ona təqdim edilən PIN 2 kodunu istifadə edir. 

Bu yenilik elekron sənədlərin hüquqi əhəmiyyətinə və tamlığına, imzalayan şəxsin şəxsiyyətinin təyin edilməsinə zəmanət verir və artıq imzalanmış sənədi üçüncü şəxslərin müdaxiləsindən qoruyur. AsanDoc.az portalında “Asan İmza” vasitəsilə imzalanmış elektron sənəd sizin şəxsi kompyuterinizdə də saxlana və ya elektron poçt vasitəsilə göndərilə bilər. Portalın xidmətləri yalnız “Asan İmza” istifadəçiləri üçün açıqdır.

“Asan İmza mobil elektron imza Azərbaycanda elektron və mobil hökumətin inkişafında əhəmiyyətli addım hesab edilir. Bu gün AsanDoc.az portalı vasitəsilə biz Azərbaycanda istifadəçilərə bu zamana qədər elektron formada sənədləri imzalamağa mane olan bütün maneələri aradan qaldırırıq. Hər şey onlayn rejimdə baş verir. Yeni texnologiya istifadəçi üçün anlaşılan, təhlükəsizdir və kağız sənəd mübadiləsi ilə bağlı olan xərclərə qənaət etməyə imkan verir. Hesab edirəm ki, yaxın zamanlarda portal Azərbaycanın hər bir sakini üçün əvəzolunmaz köməkçiyə çevriləcəkdir” – deyə, Asan İmza mobil elektron imza xidmətinin operatoru olan B.est Solutions Azərbaycan şirkətinin rəhbəri bildirib.

AsanDoc.az portalı hüquqi baxımdan Azərbaycanda mövcud olan dövlət müəssisələri və bankları ilə asan və qanuni əlaqələri təmin edəcək, eləcə də özəl şirkətlər arasında sənəd mübadiləsini asanlaşdırmış olacaq.

O, sahibkarlıq mühitində müqavilələrin bağlanılması zamanı və ya dövlət müəssisələri ilə rəsmi əlaqə üçün istifadə olunacaq.

Qeyd edilib ki, gələcəkdə portal Azərbaycan əhalisinə elektron sənədlərin çoxtərəfli imzalanması və elektron sənədlərlə mübadilə də daxil olmaqla yeni imkanlar təqdim etməklə funksional olaraq inkişaf edəcək. Eləcə də portalda imzalama növbəsinin müəyyənləşdirilməsi imkanı da daxil olmaqla bir sıra digər əlavə funksiyalar hazırlanacaq.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sonuncu sərəncamına əsasən Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) kimi xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Azexport.az portalının gücləndirilməsi üzrə əlavə tədbirlər görülməkdədir.

Yaxın vaxtlarda Azərbaycanın bütün dünya üzrə diplomatik nümayəndəliklərində istənilən dövlətin nümayəndəsi Asan İmza-nı əldə edə biləcək, AsanDoc.az portalının buraxılışı isə onlara Çindəki partnyoru ilə bir neçə saniyə ərzində müqaviləni imzalamağa və ya Türkiyə vətəndaşı ilə birgə şirkət yaratmağa və s. imkan verəcək.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Asan İmza ödənişsiz oldu

22-05-2020

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Sənədlərin e-imzalanması platforması tətbiq edilir

30-11-2015

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

23-11-2016

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

“Asan İmza” azexport.az portalına inteqrasiya edilib

22-12-2016

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

ASAN imza sertifikatları elektron formada veriləcək

10-10-2019

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə