Previous Next
Bağla

“Asan İmza” azexport.az portalına inteqrasiya edilib

22-12-2016 12:08
“Asan İmza”  azexport.az portalına inteqrasiya edilib

“Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış azexport.az portalı ilə inteqrasiya edilib.

Qeyd edək ki, portalın təqdimatı 20 dekabr tarixində baş tutub və təqdimatın gedişində tədbir iştirakçıları portalın imkanları, həmçinin bu resursda müxtəlif malların və xidmətlərin mümkün qeydiyyatı vasitələri haqqında geniş şəkildə məlumatlandırılıblar.

Xeberler.az-ın məlumatına görə, “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini www.azexport.az internet resursunda qeydiyyatdan keçirmək istəyən sahibkarlara geniş imkanlar təqdim edir.

“Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Belə ki, əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman sahibkar əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.

Bununla yanaşı, “Asan İmza” xidməti tamamilə təhlükəsiz xidmətdir və istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını bütünlüklə alır, belə ki xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.

“Asan İmza” xidmətinin azexport.az portalı ilə inteqrasiyası innovativ bir həlldir və bu imkan verir ki, sahibkar qısa müddət ərzində internet resursa giriş imkanı əldə etsin və öz məhsulunu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda təqdim etsin. Belə ki, azexport.az portalının məlumat bazası eBay, Alibaba, AllBiz kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib.

Qeyd etmək lazımdır ki, “Asan İmza” məhsulu da həmçinin innovativ bir xidmət və “Made in Azerbaijan” brendi olaraq azexport.az portalında qeydiyyatdan keçib. Artıq “Asan İmza” xidmətində maraqlı olan müxtəlif dövlətlər bu texnologiyanın təsviri ilə ətraflı şəkildə tanış ola və Azərbaycan texnologiyasının öz ölkələrində inteqrasiyası ilə əlaqədar müvafiq danışıqlar apara bilərlər.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Asan İmza ödənişsiz oldu

22-05-2020

“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

04-03-2025

Unibankda internet bankinq Asan oldu

21-07-2017

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015

Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

05-05-2017

Asan İmza mobil elektron imza layihəsi ən innovativ nümunə kimi qəbul edilib

13-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə