Previous Next
Bağla

Sənədlərin e-imzalanması platforması tətbiq edilir

30-11-2015 15:22
Sənədlərin e-imzalanması platforması tətbiq edilir

Noyabrın 23-27-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransın 12-ci sessiyası baş tutub.

Xeberler.az bildirir ki, baş konfransın gedişatında ISESCO-nun elektron sənəd dövriyyəsi sistemində sərhədlərarası innovativ elektron və mobil imza və elektron sənədlərin idarə edilməsi platformasının tətbiqinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs nəzərdən keçirilib.

Qeyd etmək lazımdır ki, öz sıralarında 50-dən artıq ölkəni birləşdirən beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitetin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.

ISESCO BESTDOC PORTAL adlandırılacaq bu platforma xüsusi olaraq ISESCO üçün Azərbaycanın Asan İmza və Asan ID mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal ISESCO ID rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq.

Platformadan istifadə etməklə ISESCO ID & m-ID aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq. Ümumilikdə, sistemin işə düşməsi ISESCO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin IT innovasiyalara və elektron həllərə söykənən müstəvidə daha da inkişaf etməsinə zəmin yaradacaq.  

Hazırda B.EST Solutions şirkəti tərəfindən ISESCO BESTDOC PORTAL layihəsinin texniki aspektləri üzərində iş aparılır. İlkin olaraq platformanın 2016-cı ildə istismara verilməsi planlaşdırılıb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

B.EST Solutions ISESCO ilə əməkdaşlığa başladı

23-11-2016
“Asan İmza” Polşada  təqdim ediləcək

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016
Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

Azərbaycan innovasiyası Mərakeşdə tətbiq edilə bilər

13-11-2017
BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

BMT və ISESCO nümayəndələri ASAN xidmət-də

15-03-2019
Azərbaycanlıların iştirakı ilə dünyada ilk dəfə  ISESCO ASANDOC portalı yaradılacaq

Azərbaycanlıların iştirakı ilə dünyada ilk dəfə ISESCO ASANDOC portalı yaradılacaq

21-05-2015
Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016
Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

24-10-2018
“Asan İmza” Parisdə təqdim edilib

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016
“Asan İmza”  ilə  10 milyondan artıq  elektron əməliyyat həyata keçirilib

“Asan İmza” ilə 10 milyondan artıq elektron əməliyyat həyata keçirilib

11-02-2016
 “Asan İmza” Romada təqdim edildi

“Asan İmza” Romada təqdim edildi

06-05-2015
“Asan İmza” Kann şəhərində təqdim olunub

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016
Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016
İT şirkətimiz beynəlxalq  assosiasiyaya üzv seçilib

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016
B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016
Bank VTB ASAN imza xidmətini tətbiq edib

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015
UNEC elektron imza ilə sənəd dövriyyəsinə başlayıb

UNEC elektron imza ilə sənəd dövriyyəsinə başlayıb

01-08-2023
AzDoc A-dan Z-yə elektron kargüzarlıq xidmətini təqdim edir

AzDoc A-dan Z-yə elektron kargüzarlıq xidmətini təqdim edir

05-12-2019
“Asan İmza” Daşkənddə təqdim edilib

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016
  Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə  sənəd imzaladı

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016
 Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

Asan İmza ilə bağlı yeni portal istifadəyə verildi

05-05-2017
E-imzanın mobil versiyası təqdim olundu

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018
Asan İmza ödənişsiz oldu

Asan İmza ödənişsiz oldu

22-05-2020
“Asan İmza”  Londonda təqdim ediləcək

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016
Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə